Beynəlxalq Ana dili günü 11 saylı internat məktəbində

AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşları 21 fevral Beynəlxalq Ana dili gününü Bilgəh qəsəbəsində yerləşən 11 saylı İnteqrasiya təlimli internat məktəbi ilə birlikdə qeyd edib. Məktəbin direktoru Gülnarə Abdullayeva qonaqları müəssisə ilə tanış edib, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə interqasiyası məqsədilə sinif otaqlarında, ixtisaslaşdırılmış emalatxanalarda və incəsənət guşələrində təhsil və əmək reabilitasiya imkanlarını nümayiş etdirib.

Sonra MEK əməkdaşları məktəbdə Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbirin Azərbaycanın dövlət himni ilə başlayan bədii hissəsində ümummilli lider Heydər Əliyevin Azərbaycan dili haqqında fikirləri, şagirdlərin ifasında Azərbaycanın görkəmli ədib və şairlərinin Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Tofiq Bayramın ana dilimizə həsr etdiyi şeirləri səsləndirilib, Məmməd Səid Ordubadinin “Ana dili”, Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərlərindən tamaşalar göstərilib, mövzuya aid musiqilər ifa olunub.

Tədbirdə çıxış edən MEK direktoru L.İmanova 11 saylı internat məktəbinin nümunəsində Azərbaycanda təhsilə, milli dəyərlərin təbliğinə, yaradıcılığa verilən önəmi, şagirdlərin təhsil mütəxəssisləri tərəfindən böyük qayğı və diqqətlə əhatə olunmasını xüsusi vurğulayıb. Sonda MEK əməkdaşları tədbir iştirakçılarının hər birinə içərisində onların adı yazılmış dünya və Azərbaycan müasir və klassik ədəbiyyatından nümunələri hədiyyə ediblər.
  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib