Azərbaycan sərhədlərində qurulan gizli mərkəzlərin dəhşətli missiyası

Keçmiş SSRİ-nin bir çox respublikalarında ABŞ Müdafiə Nazirliyinin (PENTAQON) maliyyə vəsaiti ilə tikilmiş mikrobioloji laboratoriyalar meydana çıxmağa başlayıb.

Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik mətbuat konfransında deyib.”Moskva Rusiya sərhədlərində Vaşinqtonun tibbi-bioloji fəallığından narahatdır. Keçmiş SSRİ-nin bir çox respublikasında mikrobioloji laboratoriyalar meydana çıxmağa başlayıb. Onlar birbaşa ABŞ Müdafiə Nazirliyinin vasitələri ilə təchiz edilib”, – o qeyd edib.Diplomatın sözlərinə görə, son illərdə Rusiya sərhədlərində bilavasitə ABŞ hərbi müəssisəsinin tibbi-bioloji fəallığı ilə bağlı ciddi problemlər mövcuddur.

Qeyd edək ki, ABŞ-ın dünya ölkələrində mikrobioloji laboratoriyalar yaratması zaman-zaman gündəmə gəlib. Bildirilir ki, Amerika geosiyasi ekspansiyası bəzən müxtəlif bioloji laboratoriyalar şəklində özünü göstərir. EADaily saytının yazdığına görə, ABŞ-da yaradılan referens-laboratoriyalar 2010-cu ildən Ukrayna, 2011-ci ildən Gürcüstan, 2016-cı ildən isə Qazaxıstan, Ermənistan və Özbəkistanda fəaliyyət göstərir.Ermənistana gəlincə, ABŞ Rusiyanın müttəfiqinin ərazisində üç laboratoriya açıb. Bunlar İrəvan, Gümrü və İcevan şəhərlərində yerləşir. Layihəni ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) təhlükələrinin azaldılması üzrə agentliyi maliyyələşdirir.”Məlumatlandırılmış və qorunmuş istehlakçı” İctimai təşkilatın sədri Babken Pipoyanın fikrincə, referens-laboratoriyaların Ermənistan ərazisində fəaliyyəti ən müxtəlif problemləri və təhlükələri gətirə bilər.Adətən təhlükəli infeksiyalar Afrika və Cənubi Asiya ölkələrində təsbit edilir. Amerika hərbçiləri bu ölkələrdə müvəffəqiyyətli epidemioloji vəziyyətə yüksək maraq göstərirlər. Ancaq Vaşinqtonun əsas geosiyasi rəqibi – Rusiya ilə coğrafi yaxınlığı olan ölkələrdə yaradılan “laboratoriyalar” Pentaqonun fəallığının prioritet istiqamətlərindəndir.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib