Hacıbala Abutalıbovun oğlu adını dəyişib – 20 milyon dollara hotel alıb… – FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov (yeni adı Abu Bəkr – gununsesi.info) İstanbulun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara olan hotel alıb. Sayt yazır ki,   Türkiyədə vətəndaşlıq statusu alaraq, adını da Abu Bəkr kimi yazdıran Bakı merinin oğlu aldığı hotelin yenilənməsi üçün daha bir neçə milyon xərcləyib.
“Ajwa” adı ilə fəaliyyət göstərən hoteldə Azərbaycan mətbəxini təklif edən ayrıca restoran da fəaliyyət göstərir. Sayt Abutalıbovun Türkiyədə biznesini genişləndirməsi ilə bağlı daha maraqlı məlumatlar üzə çıxıb. Belə ki, turizmgazatesi.com-un yazdığına görə, Abu Bəkr Abutalıbov “Ajwa” markası ilə ikinci hotelini də Kapadokyada açacaq.
İsrafil Abutalıbov adı illərdir ki, mətbuatın gündəmindən düşmür. 2006-cı ildə qəzetlər İsrafil Abutalıbovun öz bahalı avtomobilində İstiqlaliyyət küçəsindəki elit dükanların birinə girərək qəzəbli halda oradan biri 2 min dollar olan qadın paltarı aldığını, həmin paltarla maşınının şüşələrini və təkərlərini silib nümayişkaranə şəkildə cırdığını və zibil qutusuna atdığını yazırdı. Səbəb də o imiş ki, İsrafil bəyin rəfiqəsi o dükandan həmin paltarı almaq istəyib. Amma satıcılar ona paltarı əyninə geyib yoxlamağa icazə verməyib.
Qız bundan qəzəblənərək İsrafil bəyə məlumat verib. Sonrası məlumdur… Bu xəbər yaddan çıxmamış İsrafil Abutalıbovun İngiltərəyə köçməsi xəbəri gəlmişdi. Sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun qızı ilə boşanandan sonra İsrafil Abutalıbov uzun müddət Londonda yaşamışdı. Bakıya illər sonra tamam başqa qiyafədə və düşüncədə qayıdan Hacıbala Abutalıbovun oğlu  atasının belə işdən çıxmasına təkid etməsi xəbərləri yayılmışdı. Belə xəbərlər vardı ki, İsrafil Abutalıbov vəhhabilər kimi uzun saqqal saxlayır, onlar kimi şalvarının balağını gödəldib. Valideynləri bundan təəccüblənsə və gözləmədikləri belə yeniliyə etiraz etsə də, o, heç kimə və heç nəyə məhəl qoymadan düşüncəsindən dönməmişdi.

Evə qapılaraq gündə 5 rükət namazını qılır, vaxtını yalnız dini ədəbiyyat oxumaqla keçirirdi. Əvvəlki pompeyvari həyat tərzini dəyişən gənc Abutalıbov evdə valideynləri ilə tez-tez uzun-uzadı söhbət və mübahisələr edir, onu başa düşmələrini istəyir, yaxınlarının da “Allah yoluna gəlməsini” tələb edirdi. İsrafil Abutalıbovun Bakıda yəhudi əsilli iş adamı Qurban Mahmudova təzyiqlər göstərməsi də yaddaşlardan silinməyib. Yasamal rayonu, Nazim Hikmət 25 ünvanında yerləşən iki otaqlı obyekti İsrafil Abutalıbovun adamı Bəxtiyar Məmmədov 2009-cu ildə “SPEKTR” Kiçik Müəssisəsindən müqavilə əsasında icarəyə vermişdi. Orada lombard fəaliyyəti ilə məşğul olan yəhudi iş adamı günlərin birində İsrafil Abutalıbovun ultimatumu ilə üzləşmişdi. Oğul Abutalıbov iş adamından təcili şəkildə ofisdən çıxmasını tələb edirdi, onun fəaliyyətinin dinə zidd olduğunu bildirirdi. İş adamı isə əlində müqavilə olduğunu və müqavilə müddəti bitməyincə ofisdən çıxmayacağını deyirdi. Sual edirdi ki, əgər onun fəaliyyəti dinə ziddirsə, icarəyə verilən əmlakın hansı pullar hesabına alındığı da açıqlansın. Bilinsin ki, İsrafil Abutalıbov hansı hesabdan, hansı biznesdən gələn gəlirlə həmin əmlakları aldığını açıqlasın.
Yada salaq ki, İsrafil Abutalıbovun yeganə iş yeri haqda məlumat var. O, 2008-ci ilə qədər Konstitusiya Məhkəməsi sədrinin köməkçisi vəzifəsini tutub. Adı mətbuatda qalmaqallı olayların baş qəhrəmanı kimi keçəndən sonra vəzifəsindən uzaqlaşdırılmışdı.
İsrafil Abutalıbov Bakıda bir vaxtlar öz “səxavəti”, bədxərcliyi, tez-tez dəbdəbəli məclislər qurması ilə ad çıxarmışdı. BŞİH başçısının ərköyün balasının bahalı maşınlar həvəskarı olduğu da deyilirdi. Qadınların əhatəsində aktiv gecə həyatı yaşamağı ilə “məşhurlaşan” bu gənc məmur övladı üçün heç bir hədd-sədd yox idi. Onun bir gecədə dəstə-dəstə pul xərcləməsi haqda da əfsanələr dolaşırdı. Yəhudi əsilli iş adamının İsrafil Abutalıbovun Bakıda əmlakları hansı hesabdan alması sualı bu gün də aktuallığını saxlayır. Eyni sual Türkiyədəki əmlaklarla bağlı da keçərlidir.
Musavat.com
  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib