Nazirlik: Köçürülməsinə icazə verilən tələbənin bundan imtina etmə haqqı ləğv edilib

Bu ildən etibarən hər hansı ali məktəbə və ya ixtisasa köçürülməsinə icazə verilən tələbənin sonradan bundan imtina etmək haqqı ləğv edilib.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

S.Gözəlovun sözlərinə görə, əgər tələbə www.transfer.edu.az portalına müraciət edib köçürülürsə, bununla bağlı Təhsil Nazirliyi tərəfindən əmr verilir. Bu əmrin bir nüsxəsi tələbənin təhsil aldığı müəssisəyə, biri isə köçürüldüyü ali təhsil müəssisəsinə göndərilir: “Proses bununla rəsmiləşdirilir. Bunu geriyə qaytarmağa isə bu ildən icazə verilmir. Bu barədə tələbələrə də xəbərdarlıq edilib”.

S.Gözəlov bildirib ki, bu il tələbə köçürmələri ilə bağlı edilən müraciətlərin sayı ötən illə müqayisədə kifayət qədər artıb.

Nazirlik rəsmisi deyib ki, bu il tələbə köçürmələri üçün bakalavriat səviyyəsi üzrə müraciətlərin sayı 970-dən çoxdur, magistratura səviyyəsi üzrəbu rəqəm 74, orta ixtisas təhsili üzrə isə 340-dan çoxdur:

“Bu artım bəlkə də tələbələrin daha əvvəl düzgün ixtisas seçməmələri ilə bağlıdır. Təcrübə də göstərir ki, tələbələr ixtisas seçimi zamanı kiminsə tövsiyəsini nəzərə alırlar. Müraciətlərin sayının çox olmasının əsas səbəblərindən biri də yeni qaydaların əvvəlkinə nisbətən daha liberal olması, yəni sadələşdirilməsidir”.

S.Gözəlov deyib ki, bu il magistratura səviyyəsi üzrə də tələbə köçürülməsinə (yalnız I tədris ilində) icazə verilir. O, bunun da müraciətlərin sayının artmasına səbəb olduğunu söyləyib.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi