Ərdoğan və Ruhani Suriya hadisələrini müzakirə ediblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
Xeberpress.az Trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı Ərdoğan və Ruhani Suriyadakı hadisələrin inkişafını müzakirə ediblər.
Bundan əlavə, prezidentlər Ankara və Tehranın təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığının möhkəmlənməsindən razı qaldıqlarını ifadə ediblər.