“Reket jurnalistika” ilə məşğul olan 9 KİV “qara siyahı”ya daxil edilib

Azərbaycan Mətbuat Şurasının 2017-ci ildə gördüyü işlərə dair hesabatının müzakirəsi olub.  Bununla bağlı sədr Əflatun Amaşov çıxış edərək bildirib ki, Azərbaycan Mətbuat Şurasına 2017-ci ildə 602 müraciət qeydə alınıb. Bunlardan 171-i kütləvi informasiya vasitələrinin, o cümlədən internet xəbər portallarının fəaliyyətindən yazılı, 203-ü şifahi şikayətlərdir. Daxil olan 171 şikayətin 88-nə bilavasitə Şuranın Katibliyində baxılıb. 88 şikayətin 35-i ilə əlaqədar şikayət müəllifi ilə müvafiq izahat işi aparılıb. 53 şikayət üzrə şikayətçi və cavabdeh tərəf Şuraya dəvət edilib və məsələnin həlli ilə bağlı Katiblik tərəfindən təqdim edilmiş variantlar tərəfləri qane etdiyindən məsələ bitmiş hesab olunub.
Daxil olan 171 şikayətdən 83-ü Mətbuat Şurasının müvafiq komissiyalarında araşdırılıb. Bu baxımdan Şikayətlər üzrə Komissiyanın və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının fəaliyyəti vurğulanmalıdır.  Şikayətlər üzrə Komissiyada baxılan 83 şikayət üzrə çıxarılmış 27 rəydə cavabdeh tərəfin peşə müstəvisində yol verdiyi nöqsanlar vurğulanmaqla yanaşı, məsələnin eyni zamanda “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında müzakirəsi məqsədəuyğun sayılıb.
“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında baxılmış 27 şikayətdən 18-də məsələ ilə bağlı araşdırılmaların davam etdirilməsi rəyinə gəlinib. 9 rəydə isə cavabdeh KİV-in adının Şuranın “qara siyahı”sına daxil edilməsi əksini tapıb.
Şikayətlər üzrə Komissiyanın 83 rəyindən 56-da çıxarılmış rəy konkret məsələ üzrə yaranmış mübahisənin həllini nəzərdə tutub. Bunlardan 11-də şikayətçi tərəfin arqumentlərinin əsassızlığı əksini tapıb. Digər 45 rəydə isə cavabdeh KİV-in “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın hansı prinsip və bəndlərini pozduğu müəyyənləşdirilib.
Peşə davranışı qaydalarının pozulmasındakı xarakterik xüsusiyyətlərin, Mətbuat Şurasının çıxardığı qərar və rəylərin nələri nəzərdə tutduğunun, Şuranın tədbirlərinin, dövlət proqramından irəli gələrək gördüyü işlərin və digər məsələlərin əksini tapdığı hesabat səsə qoyularaq qənaətbəxş qiymətləndirilib.
Qeyd edək ki, hesabatın tam mətni Mətbuat Şurasının rəsmi internet səhifəsində yerləşdiriləcək. Azadinform.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi