Qarşısı alınan intiharın təfərrüatı ortaya çıxdı

Bakıda qadın azyaşlı övladı ilə birlikdə intihara cəhd göstərib. Amma Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları onun bu cəhdinin qarşısını alıblar. Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Hadisə bazar günü axşam Nərimanov rayonu ərazisində baş verib. Qadın uşağı ilə birlikdə yüksəklikdən tullanmaq istəyib. Amma xoşbəxtlikdən bunu etmək cəhdi baş tutmayıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumat əsasında Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində intihar cəhdinin qarşısı alınıb. Əməliyyat uğurla başa çatıb.

Nərimanov rayon hüquq-mühafizə orqanlarından verilən məlumata görə, özünə qəsd etmək istəyən qadın Göyçay rayonunda anadan olmuş, hazırda Bakıda yaşayan, 1974-cü il təvəllüdlü Salahova Mətanət Abbasağa qızıdır. Onun uşağının isə 4 yaşı var.

Qadını bu radikal addımı atmağa vadar edən səbəb artıq məlumdur. Qadın ilkin dindirmə zamanı bildirib ki, bu yolla bir müddətdir yaxın əlaqələri olan kişiyə təsir etmək istəyib. Bu əlaqədən onun övladı dünyaya gəlib.

İndi qadın istəyir ki, kişi uşağın atası olduğunu rəsmən qəbul etsin və onları himayəsinə götürsün.

Nərimanov Rayon Polis İdarəsi sözügedən kişini tapıb. O etiraf edib ki, M.Salahova ilə yaxın əlaqələri olub, amma uşağın ondan olduğuna əmin deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən şəxslərlə söhbətlər apararaq onların münasibətlərinə aydınlıq gətirməyə çalışır.

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi