Roma papası ilə görüşü zamanı Ərdoğan: “Oturacağımı dəyişin” – FOTO
Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan Vatikanda Katoliklərin ruhani lideri Papa Fransisk ilə təkbətək görüşü zamanı ona təqdim olunan oturacağı dəyişməsini istəyib. Prezident Ərdoğan onun üçün ayrılmış oturacağın daha aşağı səviyyədə olması səbəbindən Roma Papasının kürsüsü ilə bərabərdə olan oturacaq tələb edib.
Prezident Ərdoğan Atatürk Hava Limanında çıxışında yalnız bir Türkiyə dövlətinin Prezidenti kimi yox, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının sədri kimi 1,5 milyard Müsəlmanın təmsilçisi olaraq Vatikana səfər etdiyini ifadə etmişdi.