Sadıqov: Fasilədə Qurban Qurbanov dedi ki…

Kopenhagen”i sıradan çıxararaq Çempionlar Liqasında qrup mərhələsinə yüksələn “Qarabağ” bu gün səhər saatlarında Bakıya çatıb.Futbol11.az xəbər verir ki, komandanı hava limanında xeyli azarkeş və jurnalist qarşılayıb. Komandanın kapitanı Rəşad Sadıqov matçla bağlı sualları cavablandırıb:

 

– Çətin oyun oldu. Rəqib son dəqiqəyə kimi əlindən gələni etdi ki, mərhələni adlasın. Təcrübəli komandadır. Son ana kimi mübariz apardıq. Sevinirik ki, mərhələ adlayan tərəf biz olduq.

 

– Bütün azarkeşlər səhərə kimi yatmayıb, qələbəni bayram edib. Onlara nə sözünüz var?

 

– Hamıya təşəkkür edirəm. Hər kəs bunu istəyirdi. Neçə illərdir buna doğru gedirdik. Çox sevinirik ki, bu il istəyimizə çatdıq. Yadınızdadır, ötən mövsüm ÇL-i necə üzücü şəkildə tərk etdik. Bu il də hazırlıq dövründə məğlubiyyətlərimiz olurdu. Hətta insanlarda bizə qarşı inamsızlıq da yaranmışdı. Amma ilk gündən nəyəsə nail olmaq üçün nə əziyyət çəkəcəyimizi bilirdik. Düşündüyümüz transferlər alınmadı. Qurban müəllimi bir daha təbrik edirəm. Transfersiz, bu qədər çətinliklərə baxmayaraq, hansı ki, çoxlu zədəlilərimiz oldu, milliyə xeyli futbolçu cəlb edildi, xeyli ağır proseslərdən keçdik.

Bəzi şeylər var ki, kənardan görünmür. Dünənki matçda Qurban müəllim bir neçə dəfə oyun sistemini dəyişdi. Belə qarşılaşmalarda nəyisə dəyişmək böyük riskdir. İlk yarıda məğlub olmağımıza baxmayaraq, fasilədə bizə çox yaxşı çıxış etdiyimizi bildirdi. Bizə mərhələni keçəcəyimizi və inandığını dedi. Bütün xalqımızı təbrik edirəm. “Qarabağ” təkcə bizim yox, xalqın komandasıdır. Hansı komandanı təmsil etdiyimizi bilirik, son damla qanımıza görə mübarizə apardıq ki, arzumuza çataq.

 

– Bu gün püşk atılacaq. Qarşılaşmaq istədiyiniz rəqib varmı?

 

– İndiyə kimi püşkdə xüsusi istədiyimiz komanda olmayıb, heç kimdən çəkinməmişik.

 

– “İnter”lə 3 il əvvəlki matçda Zelinkanın səhvindən sonra demişdiniz ki, “bir də əlimizə bu cür şans düşəcək, ya yox, bilmirəm”. Dünən qələbədən sonra nə düşünürdünüz?

 

– Yolda çox şey haqqında danışmışıq. 5 saat biz də yatmamışıq. “Rusenborq”la səfərdə 0:0 hesablı heç-heçədən sonra bizi təbrik edirdilər. Amma bu gün ÇL-in qruplarındayıq.Növbəti mövsüm reqlamentdə dəyişikliklər ediləcək, belə olan halda vəsiqə qazanmaq da çox çətin olacaq. Başa düşürdük ki, belə fürsəti bir də əldə etməyə bilərik. Əlimizdən gələni etdik ki, bu il istəyimizə nail olaq

 

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib