Prezident qalib futbolçularımızı qəbul etdi – VİDEO

Bütün dünya görür ki, Ağdam şəhəri işğal altında olsa da, onun təmsilçiləri Avropanı fəth edirlər.Mediazona.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də “Qarabağ” futbol klubunun heyəti ilə görüşündə deyib.

 

Dövlətimizin başçısı qeyd edib ki, dünənki qələbə təsadüfi qələbə deyil: “Siz bu qələbəyə doğru neçə il idi ki gedirdiniz. Həm daxili çempionatda bir neçə dəfə çempion olmusunuz, həm də Avropa Liqasında qrup mərhələsində neçə il iştirak etmisiniz. Mən sizinlə əvvəlki görüşümü xatırlayıram. O vaxt hakimin ədalətsizliyi ucbatından siz qələbədən məhrum edilmişdiniz. Və onu da xatırlayıram ki, o vaxt da mən bunu qeyd etdim, hətta ədalətsizliyə baxmayaraq, özünüzü ləyaqətlə, təmkinlə apardınız. Ədalət öz yerini tapdı. Bu gərgin, açıq və ədalətli mübarizədə siz sübut etdiniz ki, Azərbaycan futbolu inkişaf edir və böyük qələbələr qazana bilər. Ona görə də sizin qələbəniz təbiidir və ədalətlidir”.

 

İlham Əliyev bildirib ki, bu gün “Qarabağ” futbol klubu Avropanın aparıcı klubları ilə yarışır, yarışacaq: “İndi bütün xarici kütləvi informasiya vasitələrində artıq Azərbaycanın “Qarabağ” klubu haqqında xəbərlər gedir. Bu, əlbəttə ki, ölkəmizin təbliğində çox önəmli hadisədir. Yenə də bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır. Yenə də görürlər ki, Ağdam şəhəri işğal altında olsa da, onun təmsilçiləri Avropanı fəth edirlər. Bu, yenə də onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq və onu göstərir ki, biz öz torpağımızda yaşayırıq və hamımız o arzu ilə yaşayırıq ki, torpaqlarımız işğaldan azad olunsun. Və hər bir qələbə, istənilən sahədə hər bir uğurumuz o günü yaxınlaşdırır. Keçən ilin aprel döyüşləri onu göstərdi ki, Azərbaycan istənilən vaxt öz ərazi bütövlüyünü bərpa edə bilər və bu gün hərbi potensial bizə imkan verir ki, biz döyüş bölgəsində bütün vəziyyətə nəzarət edək və öz iradəmizi diktə edək”.

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi