Türkiyə-Amerika müharibəsi başlayır – Moskva SSENARİNİ AÇIQLADI

Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı “RİA Novosti” agentliyinin təşkil etdiyi dəyirmi masada rus ekspertlər tərəfindən dəyərləndirilib.

Moskvada yerləşən Yaxın Şərq İnstitutunun əməkdaşı Amur Hacıyev bildirib ki, Rusiya Türkiyənin narahatlığını anladığı üçün əsgərlərini Afrindən geri çəkib.

“Türkiyənin narahatlığını anlayan Rusiya əsgərlərini Afrindən çıxardı və Suriya Milli Dialoq Konqresinə yalnız Kürd Milli Konseyinə bağlı olan kürd siyasətçiləri dəvət etdi”, – deyə o bildirib.

A.Hacıyev bölgədə türk-kürd münaqişənin yarana biləcəyi ehtimalını da irəli sürüb: “Bununla bağlı narahatlıq var. Çünki toqquşma PYD-yə yox, Şam rejimini tanıyan Kürd Milli Konseyinə sıçraya bilər”.

İnstitutun digər əməkdaşı Konstantin Truyevtsev isə ABŞ-ın artıq Türkiyəni itirdiyini hesab edir.

“ABŞ Türkiyənin etibarını dəfələrlə itirib. Türkiyə Münbiçə doğru hərəkətə keçəcəksə, ABŞ-la birbaşa üz-üzə qalacaq. ABŞ bu nöqtədə imic itkisi ilə üzləşəcək və buna görə Türkiyənin düşmənlərinə daha çox silah yardımı edəcək. Bu isə vəziyyəti daha da pisləşdirəcək”, – deyə o bildirib.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi