ABŞ Türkiyənin qarşısında geri çəkildi
ABŞ PYD/YPG terror təşkilatına silah yardımını dayandıracaq.
Bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.İ.Kalın bildirib ki, silah yardımının kəsilməsi ilə bağlı qərarı ona ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri McMaster çatdırıb.Son məlumatlara görə, Afrində mühasirəyə alınan terrorçuların bir qrupu təslim olub.
Digərləri isə Bəşər Əsəddən dəstək istəyib. Hazırda “Zeytun budağı” əməliyyatı uğurla davam edir.