“Lotu Quli” axtarışa verildi

Rusiyada “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifov axtarışa verilib.

“Report” xəbər verir ki, bu barədə “Rosbalt” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, o, oğurluq əməllərində və hədələmək yolu ilə pul qoparmaqda ittiham edilir.

Hüquq-mühafizə orqanlarındakı mənbə “Rosbalt”a bildirib ki, istintaqın versiyasına görə, Nadir Səlifov Moskvada insan oğurluğu və onlardan pul qoparılması ilə bağlı göstəriş verib. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi qaldırılıb və qiyabi təqdim edilib.