ABŞ-da qatar qəzası: Ölən və yaralıların sayı YENİLƏNİB – VİDEO – FOTO

ABŞ-ın Vaşinqton ştatında sürət qatarının körpüdə relsdən çıxması ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.

Bu barədə Vaşinqton ştatının qubernatoru Cey İnsli bildirib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi hadisənin nəticələrinin aradan qaldırılmasına kömək edəcək.

Qeyd edək ki, ABŞ-ın Vaşinqton ştatında sürət qatarı körpüdə relsdən çıxıb. Qatarın relsdən çıxması nəticəsində 6 nəfər həlak olub, 77 nəfər isə xəsarət alıb.

* * *

ABŞ-ın Vaşinqton ştatında, “Amtrak” dəmiryolu şirkətinə məxsus qatarın relsdən çıxması nəticəsində baş vermiş qəza zamanı 100-dən çox insan xəstəxanaya yerləşdirilib.

Bu barədə TASS məlumat yayıb.

Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir. Qatar Sietldən Portlend istiqamətində hərəkət edirmiş.

“Associated Press” agentliyinin məlumatında isə qeyd olunur ki, hadisə zamanı azı 6 nəfər ölüb.

23:54

APA  xəbər verir ki, ABŞ-ın Vaşinqton ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Bundan əvvəl 3 nəfərin öldüyü, 77 nəfərin yaralandığı bildirilirdi.

———-

ABŞ-ın Vaşinqton ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində azı 3 nəfər ölüb.

APA  xəbər verir ki, 77 nəfər xəstəxanalara yerləşdirilib, onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

Qəzanin Leykvud-Olimpiya şəhərləri arasında baş verdiyi məlum olub. Qatarda 78 sərnişin və 5 ekipaj üzvü olub.

Qəza zamanı vaqonlardan biri körpüdən avtomobil yoluna aşıb. Bir neçə avtomobilə zərər dəysə də, sürücülər arasında ölən və yaralanan olmayıb.

———-

ABŞ-ın Vaşinqton ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində 77 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə tibbi mənbələrdə bildirilib.

———-

21:17

ABŞ-ın Vaşinqton ştatında sürətli sərnişin qatarı relsdən çıxıb.

APA  xəbər verir ki, qatarın Sietl – Portlend marşrutu ilə hərəkət etdiyi bildirilir.

İnsident nəticəsində yaralananların olduğu bildirilsə də, onların sayı barədə hələ ki, məlumat yoxdur.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib