Bakıdakı mağazalarda yalançı endirimlər

Bayramlardan öncə, demək olar ki, hər dükanın qarşısında endirim elanı görmək olur. Elanlarda 50 faizdən başlayan endirimlərin olduğu qeyd olunur. Əslində, bu tip elanlarla mağaza sahibləri müştərini ruhu belə incimədən aldadırlar. Belə ki, məhsula real satış qiymətindən daha baha qiymət vurulur, sonra yeni qoyulan qiymətdən faiz çıxılır. Nəticədə məhsul endirim adı ilə əvvəlki qiymətinə müştəriyə satılır.

Sputnik Azərbaycan bu əməlin mövcud qanunlarla necə tənzimləndiyini, bu halla üzləşən vətəndaşların hansı quruma müraciət etməli olduqlarını araşdırıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, aldadıcı endirim kampaniyaları ilə bağlı hər gün Azərbaycan İstehlakçılar Birliyinə telefon zəngi gəlir: “Bu şikayətlər vitrində yazılan qiymətlərlə kassada olan qiymətlər arasında ziddiyyətlər olması, satışda yol verilən qüsurlar və başqa səbəblərlə bağlı olur. İstehlakçılardan verilən məlumata görə, endirim kampaniyalarında saxtakarlıqlar çoxluq təşkil edir və istehlakçılar aldadılır”.

Eyyub Hüseynov qeyd edir ki, Nazirlər Kabinetinin qərarına görə, bütün malların üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədi olmalıdır: “Araşdırmalar göstərir ki, 98 faiz malların üzərində maddi məsul şəxsin imzası yoxdur, müştəri tələb edəndə belə vermirlər. Bu da istehlakçıların hüquqlarının pozulmasıdır. Dükanda endirimlər ərəfəsində qiymətin üstündən yeni qiymət yapışdırırlar və müştəriləri aldadırlar. Bir sözlə, istehsalçılar fürsətdən istifadə edib istehlakçıları “soyurlar”.

O qeyd edib ki, belə hallarla üzləşən istehlakçılar İqtisadiyyat Nazirliyinə zəng vurub şikayət edə və yaxud Azad İstehlakçılar Birliyinə şikayət ərizəsi ilə müraciət ünvanlaya bilərlər.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirir ki, bu xoşagəlməz məsələnin iki əsas səbəbi var: “Birincisi odur ki, Azərbaycanda fəaliyyət göstərən brend dükanlar şəbəkə mağazaları deyil və dünyadakı brend dükanlarda olan endirimlər buradakı həmin brend dükana aid olmur. Brend markalar burada olan hər hansı yerli şirkətlə müqavilə bağlayır, adlarını satır və malla təmin olunmasında yardımçı olurlar. Ona görə də dünyada brend dükanlarda olan endirimlərlə Azərbaycanda olan brend dükanlar arasında qiymətlərdə ciddi fərq var”.

N.Cəfərli vurğulayıb ki, Azərbaycanda qiymətlər bazar iqtisadiyyatı qaydalarına uyğun nizamlanmalıdır: “Bazarda nə qədər çox rəqabət olarsa, bu da bazar qiymətlərinə yaxşı mənada təsir göstərər. Eyni zamanda, dünya brendlərinin birbaşa bazara daxil olmasına şərait yaratmaq lazımdır. Bu iki hal baş versə, müştərilər də qiymətlərin ciddi şəkildə düşməsinin şahidi ola bilərlər”.

“Hər hansı mağaza qiyməti dəyişib malı satırsa, bu, heç bir qanun pozuntusu deyil. Mal özünündür, neçəyə istəyər, o qiymətə satar. Əgər dövlət tərəfindən hər hansı müdaxilə olarsa, biz yenidən SSRİ dövrünə qayıda bilərik. Alverçilər də piştaxta altından istədikləri qiymətə mallarını sata bilərlər. Bu da heç kimə sərf eləməz”, – deyə ekspert əlavə edib.

Psixoloq Günel Aslanova deyir ki, bu əməllərin “qurbanı” olan müştərilər iki yerə bölünür: “Bilərəkdən bu kampaniyalara aldananlar və bilməyərəkdən kampaniyaya inananlar. Xəbərsiz müştərilər qiymətə aldanıb “qabağa düşmək” istəyirlər. Bu da kütlə psixologiyasından qaynaqlanır. Hamı gedir deyə onlar da aldanıb gedirlər. Bilənlər isə, düşünürəm ki, depressiyada olanlardır. Alış-veriş etməklə depressiyadan uzaqlaşmaq istəyirlər”.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib