Azərbaycana Hindistandan donuz qripi təhlükəsi-SOS!

Baytarlıq Xidməti narahatlığa əsas görmür, Taun Əleyhinə Stansiya isə “Heç bir ölkə heç nədən sığortalanmayıb” deyir…
Hindistanda bu ilin əvvəlindən donuz qripindən ölənlərin sayı 600 nəfəri keçib. “Trend”in məlumatına görə, təkcə Maharaştra ştatında 284, Qucarat ştatında isə 220 nəfər bu xəstəliyin qurbanı olub. Ümumilikdə Qucarat ştatında 2000-dən çox yoluxma halı qeydə alınıb. Bundan başqa, Kerala ştatında 63, Racasthan ştatında isə 59 nəfər “donuz qripi”ndən həlak olub.
Azərbaycana da Hindistandan ət və müxtəlif məhsullar gətirilir. Həm də bu ölkədən Azərbaycana gələn turistlərdə olur. bu nöqteyi-nəzərdən donuz qripi ölkəmizə də ayaq aça bilərmi?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Azərbaycana bu xəstəliyin gəlmə ehtimalının olmadığını dedi: “Heyvanlar arasında belə bir xəstəlik qeydə alınmayıb. Ancaq insanlar arasındadır. Baytarlıq nöqteyi-nəzərdən heç bir təhlükə və qorxu yoxdur”.

Image result for Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli
Taun Əleyhinə Stansiyasının (RTƏS) şöbə müdiri Rita İsmayılova bununla bağlı ölkmizdə lazımı tədbirlərin aparıldığını dedi: “Donuz qripi infeksion bir xəstəlikdir və A qrupuna aiddir. Buna insanlar hava damcı yolu ilə yoluxur. Heç bir ölkə heç nədən sığortalanmayıb. Səhiyyə Nazirliyi bütün tədbirləri görür ki, təhlükəli infeksiyalar respublikamıza gəlməsin. Bu tədbirlər əsasən odur ki, keçid məntəqələrində termoviza adlı bir cihaz quraşdırılıb. Bu cihaz insanlarda hərarəti təyin edir. Əgər yüksək hərarət olarsa, bu təyin olunur və həmin insanlar haqqında tibb müəssisələrinə məlumatlar verilir. Amma heç kim deyə bilməz ki, bu bizə də gələ bilməz. Tədbirlərimizi gücləndiririk, ciddi nəzarət aparırıq ki, belə hallar baş verməsin. Baş versə belə bunun üçün qripə qarşı yoluxucu şöbələrdə yerlər var. Bu insanlar orada müalicə olunacaq. Yəni bütün tədbirlər görülür”.

Image result for Taun Əleyhinə Stansiyasının (RTƏS) şöbə müdiri Rita İsmayılova
Qeyd edək ki, donuz qripinə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur. Donuz gripi donuzlarda bütün il boyu özünü büruz? ver? bil?r. Xəstəliyə yoluxanlar özlərini əzgin, yorğun hiss edirlər, boğazları qaşınır, əzələləri ağrıyır, quru öskürək müşahidə olunur. Amma quş qripindən azacıq fərqi odur ki, bu qripə yoluxanlarda ürəkbulanma və diareya (qarın işləmə) halları sıx-sıx müşahidə olunmur.
Vaxtında müalicəyə başlayanda, xəstəni sağaltmaq mümkündür. Virus asanlıqla insandan insana hava, demre escort
damcı yolu ilə keçir və bir neçə saatdan 7 günə qədər olan müddətdə özünü göstərir. Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, öskürək, boğazda ağrı, zökəm, baş və əzələ ağrıları, bəzi hallarda qusma və diareyadır. A/H1N1 virusu ilə yoluxmuş şəxslər əsasən xəstəliyinin başlandığı ilk 7 gün ərzində potensial yoluxdurucu mamak escort hesab edilməlidir. Xəstəliyin ilkin əlamətləri müşahidə edildikdə təcili evə həkim çağırmaq, çoxlu miqdarda maye qəbul etmək, maska və ya pambıq tənzifli maska taxmaq, əlləri tez-tez sabunla yumaq lazımdır. Ailədə xəstə şəxslə təmas zamanı kartal escort gigiyena qaydalarına əməl edilməlidir.
Günel MANAFLI

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib