Üçüncü dünya müharibəsi rəsmən elan edilməsə də, o, artıq gedir

 

Yaxın Şərqdəki vəziyyət gərgin olaraq qalacaq. Bu bölgədə yığılmış dağıdıcı potensial o dərəcədə böyük və çoxşaxəlidir ki, çeşidli müharibə anlamına gəlir. Əgər dünyanın çiçəklənən bölgələrində inteqrasiya və əməkdaşlıq ətrafında diversifikasiya meyilləri inkişaf etdirilirsə, bu bölgədə bir qayda olaraq risk və təhdidlər diversifikasiyasını müşahidə etmək mümkündür. Bu da ondan irəli gəlir ki, fövqəl qüvvələr böyük xaosun yaradılmasını qarşılarına məqsəd qoyublar.

2010-2011-ci illərdə Liviyada Qəddafi hakimiyyəti devrildikdən sonra beynəlxalq islam terror şəbəkəsi,  Yaxın Şərqə evakuasiya edildi ki, bölgənin siyasi xəritəsi əsaslı tərzdə dəyişilsin. “İslam Dövləti” adlı struktur bütölvlüklə, Qərb və İsrail xüsusi orqanları tərəfindən hazırlanaraq proseslərə qatıldı. Əgər həmin zaman rəsmi Ankara Qərb siyasətinin yedəyinə meyl göstərməsəydi, indi bölgədə belə ağır vəziyyət olmazdı. Faktiki olaraq, Türkiyə Suriya və İraq problemləri çərçivəsində anlaşılmaz mövqe tutmaqla, dağıdıcı qüvvələrin dəstək verəninə çevrildi. Yaxşı olardı ki, Ankara iki oturuşmuş qonşu dövlətin parçalanması planına qarşı çıxardı. Lakin belə olmadı, dağıdıcı teror şəbəkəsi yırtıcı heyvan kimi iki dövlətin gövdəsini cırmaqlayaraq, onları yerə yıxmağa cəhdlər göstərdi. 2015-ci ilin avqust-sentyabrından sonra, Qərb koalisiyasının fonunda Şərq koalisiyası peyda olaraq, qanlı-odlu hadisələrə qatılıb vəziyyəti tarazlamağa qərar verdi. Rusiya, İran, Suriya və İraq, eləcə də Hizbullah qruplaşması, birgə antiteror mübarizənin necə olmasını nümayiş etdirməyə başladılar. Beləcə İslam dövlətinin sütunu yavaş-yavaş sarsılmağa (dağılmağa) başladı. Müəyyən mənada İraqla Suriyanın bütölvlüyü xilas olunur.

Bu və digər məmləkətlərin parçalanmasına qərar vermiş qüvvələr hazırda özlərini məğlub olmuş saymasalar da, alternativ dağıdıcı gedişlər üzərində işləri davam etdirirlər. Bu baxımdan özlərini açıq şəkildə büruzə vermək istəməyən tərəflər çalışacaqlar ki, kürd-ərəb, kürd-şiə, Kürdüstan-İraq, Suriya-kürdlər qarşıdurmalarına təkan versinlər.Türkiyə hazırda bir qədər ehtiyyatla tərpənir ki, buraxdığı səhvlərin fəsadlarını həm aradan qaldırsın, həm də bölgənin gələcək arxitekturasıının cızılmasında yaxından iştrak etsin.

Bunun üçün isə o, ilk növbədə gərək Dəməşq və Bağdadla münasib tonlu dialoqa başlasın. Hər iki paytaxt, Ankara ilə birbaşa münasibət qurmaq istəmir. Çünki Türkiyə həm Susiyanın parçalanmasında yaxından iştrak edirdi və sonda özünün yanlış yolda olmasını anlayıb geri çəkildi. Digər tərəfdən isə, İraq Kürdüstanının çiçəklənməsinə böyük investisiya payı vermişdi ki, Bağdadda bunu heç kəs təqdir etmədi. Faktiki olaraq Ankara İraqda separatçılığa rəvac vermişdi.

Hazırda qaynar məkanda söz sahibləri Moskva və Tehran, onlara bir qədər gec qatılmış Ankara olsa da, taktiki düyünlərin sayı xeylidir. Onları cilovlamadan strateji məsələnin həllinə başlamaq qeyri-mümkündür. Söhbət sabitliyin təminatlı tərzdə bərqərar olmasından gedir.Təcrübə göstərir ki, aram vəziyyəti pozmaq sabitliyi bərpa etməkdən daha asandır. Bu mətləbi gözəl anlayan üçüncücü qüvvələr də, məhz belə metodologiyadan yararlanaraq hərəkət edirlər.

Üçüncü dünya müharibəsi rəsmən elan edilməsə də, o, artıq gedir. Və bu savaşın ən qızğın meydanı Yaxın Şərqdir ki, onun enerji ehtiyyatları ilə, tranzit şəbəkəsi transmilli şirkətləri azad oturmağa imkan vermir. Buna görə də, bu vacib məkanın boynuna yağışdan çıxıb yağmura düşmək yazılıb.Bunun üçün isə, ürəkdən çalışanlar fəal hərəkət rejimindədirlər. Onlar gecə-gündüz texnoloji çeşidləımə işləmələrini tezləşdirirlər.

 

Tofiq Abbasov

MediaZona.az

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır