Qibləsi eyni, inancları eyni olan insanlar niyə birləşə bilmirlər?-ŞƏRH

Tarixçilərin bildirdiyinə görə, bəzi dövləri çıxmaqla islam və müsəlman aləmində siyasi birlik mümkün olmayıb.  1400 il müddət alınmayan müsəlman birliyinin, bu gün mümkünlüyündən danışılır. Əslində vəziyyət necədir və bu birlik nə zaman ola bilər? İslam dünyasının təbiəti birliyə imkan verərmi? Qibləsi eyni, inancları eyni olan insanlar niyə birləşə bilmirlər?

Qərb və Avropa ölkələri güclü bir müsəlman dövlətinin  varlığına icazə vermək niyyətində deyil.

 

Müxtəlif araşdırmalar göstərir ki, təkcə Səudiyyə Ərəbistanında 262 milyard barrel neft ehtiyatı mövcuddur. Bütün dünyada neft ehtiyatlarının 11 faizi İraqın, 9,6 faizi Birləşmiş Ərəb Əmirliklərinin, 9,2 faizi Küveytin, 13 faizi OPEK ölkələrinin, geridə qalanı isə digər ölkələrin payına düşür.

Təbii ehtiyatların  bu coğrafiyadakı müsəlmanlara iqtisadi rifah gətirməsi mümkündürmü?

Amerika Enerji nazirliyinin məlumatına görə, Körfəz bölgəsinin neft ixracatı 2020-ci ilə qədər 125 faiz artacaq və bu bölgəyə böyük gəlir gətirəcək.

Geoloji araşdırmalar göstərir ki, dünyada təbii qaz ehtiyatının 40 faizə yaxını Yaxın Şərqin payına düşür.

Qafqaz ölkələri və Orta Asiya zəngin təbii qaz və neft ehtiyatlarına sahibdirlər.

Təkcə Qazaxıstanın neft ehtiyatı 17.6 milyard barrelə bərabərdir.

Картинки по запросу qazaxıstan nefti

Türkmənistanın təbii qaz ehtiyatları 98-155 trilyon kubmetr arasındadır və bu ölkə dünyanın ən böyük 4-cü təbii qaz istehsalçısıdır.

Azərbaycan bu gün dünyanın diqqət mərkəzində olan neft ölkəsidir.

Özbəkistan və Qırğızıstan qızıl istehsalı ölkələridir.

Amma onların əhalisinin həyat keyfiyyəti Avropa ölkələrindən çox-çox geridədir.

Başda qərb ölkələri olmaqla dünyanın bir çox dövləti həm müsəlman ölkələrindəki təbii ehtiyatlar nəzarət edir, həm də Somali, Suriya və bu kimi bəzi ölkələrdə milli, dini zəmində münaqişələr yaradaraq müsəlmanlara zülm etməkdə, milyonlarca insanı qətlə yetirməkdə davam edirlər. Digər tərəfdən quraqlıq və yoxsulluğun hakim ölduğu Afrika ölkələrində də vəziyyət dəhşətlidir.

Картинки по запросу suriya muharibesi

 

Картинки по запросу suriya muharibesi

 

Bu gün dünyanın ən çox silah satan ölkəsi ABŞ-dır və onun illik silah ticarətinin  həcmi 67 milyard dollar dəyərindədir. Başqa tərəfdən dünyanın ən böyük silah alıcısı Səudiyyə Ərəbistanıdır. Səudiyyə Ərəbistanının 2012-ci ildə aldığı silahların ümumi həcmi 34 milyard dollar dəyərində qiymətləndirilir. Yəni ABŞ silah sənayesinin istehsal etdiyi silahların 50,2 faizini Səudiyyə Ərəbistanı alıb. Nəticə odur  ki, ərəblərin neftdən qazandıqları pullar yenə də ABŞ-a ötürülməkdədir.

Картинки по запросу Qirici raketlər şəkilləri

 

Belə çıxır ki, müsəlman ölkələri qərb və Avropanın oyunlarını görmədikcə, islamı olduğu kimi öyrənmədikcə, birlik və bərabərlik içində yaşamadıqca bu vəziyyət davam edəcək. Müsəlmanların, islam mənsublarının bir-birinə yad kimi yaşadığı hər gün bu fəlakətlərin miqyası bir az da artacaq.

MediaZona.az

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi