Nazir I vitse-prezidenti işdən çıxardı
Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb.
XəzərNews.az xəbər verir ki, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə I vitse-prezident Namiq Əliyev tutduğu vəzifədən azad edilib.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.