Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanının təqdimatı keçirilib

 

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanının təqdimatı keçirilib. Məlumata görə, AMEA-nın vitse prezidenti, Ədəbiyyat Institutunun direktoru, akademik Isa Həbibbəyli bildirib ki, “Atabəy Eldəniz” kitabı həm də elmi əsər hesab edilə bilər. Çünki bu əsərin yazılmasında elmi araşdırmaların nəticələrindən istifadə olunub.

İ.Həbibbəyli bildirib ki, müstəqillik dövründə həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək səviyyəli tarixi romanlar ortaya qoyulub. Yunus Oğuzun əsərlərində onu cəlb edən əsas məqamları açıqlayan akademik qeyd edib ki, onun romanlarında tarixilik və bədiilik mütləq şəkildə birləşib. Onun yaradıcılığında müasirlik oxucunu cəlb edən xüsusiyyətlərdəndir: “Onun oxucuya dediyi sözün içində millilik, azərbaycançılıq da var .Yunus Oğuz tarixi romanlarını tarixilik naminə yazmır. O, əsərlərini yazarkən dərindən araşdırma aparır. Yunus Oğuz müstəqil Azərbaycan ədəbiyyatında tarixi dövr məktəbi yaratmaqda iddialıdır”.

Ədəbiyyat Institutunun Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı Elnarə Qaragözova “Yunus Oğuzun “Atabəy Eldəniz ” romanında tarix və şəxsiyyət faktoru” adlı məruzə ilə çıxış edib. O qeyd edib ki, tarixi faktların bədii formada təqdim edilməsi onun daha asan qavramasına səbəb olur: “Tarixi faktların mistik fikirlər olmadan təqdim edilməsi tarixin gənc nəslə çatdırılması üçün çox əhəmiyyətlidir. Bu baxımdan “Atabəy Eldəniz ” əsərində tarixi şəxsiyyət yaradılıb. Tarixi şəxsiyyəti səciyyələndirən əsas xüsusiyyət inadkarlıq və cəsarətdir. Yunus Oğuz əsərində bunu yarada bilib”.

E.Qaragözova əlavə edib ki, əsərdə tarixi faktlara söykənməyən yeganə obraz “baş dədə” obrazıdır. O da hadisələri kənardan izləyir, öz fikirlərini bildirir: “Onun üçün əsas olan tarixin taleyidir”. Millət vəkili Nizami Cəfərov deyib ki, Yunus Oğuzun əsərlərində koloritə, uzun təfsilatlara yol verilmir. Bu da onu digər roman müəlliflərindən fərqləndirən əsas xüsusiyyətlərdən və üstünlüklərindən biridir.
Yunus Oğuzun əsərlərində müasirliyin də xüsusi rol oynadığını deyən N.Cəfərov qeyd edib ki, müəllif əsərlərində bu gün ilə keçmişi əlaqələndirir. Əsəri türk dilinə tərcümə edən Hüseyn Adıgözəlov deyib ki, türk dünyasının tarixi təhrif olunub. Buna görə də türk dünyasının tarixinin yenidən təqdim edilməsinə ehtiyac var. Bu baxımdan “Atabəy Eldəniz ” romanını yüksək dəyərləndirən H.Adıgözəlov Yunus Oğuzun türk dünyasının tarixinə tamam yeni baxışla baxdığını söyləyib. Tədbirdə çıxış edən digər şəxslər də kitab haqqında öz fikirlərini bölüşüblər.

Sonda çıxış edən Yunus Oğuz tədbiri təşkil etdiyinə görə Ədəbiyyat Institutuna təşəkkür edib.
O qeyd edib ki, əsərinin Ədəbiyyat Institutunda müzakirə edilməsi onun üçün böyük fəxrdir

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi