ABŞ-dan olan nümayəndə heyəti gələn həftə Zəngəzur dəhlizi (“Tramp marşrutu” – TRIPP) məsələsini müzakirə etmək üçün Ermənistana səfər edəcək.
Bu barədə Ermənistanın “Joğovurd” qəzeti xəbər verib.
Məlumata görə, amerikalılar dəhlizin texniki və siyasi detallarını, həmçinin layihəyə yatırılacaq investisiyanın həcmi, prioritetlər və tikinti işlərinə başlama müddətini müzakirə edəcəklər.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP







