Zəngəzur dəhlizindən şəxsi avtomobilimizlə keçə biləcəyik

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan dəhlizin hüquqi rejimi tam məlum deyil, hələlik sazişin detalları açıqlanmayıb. Amma Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən maneəsiz keçəcəyi bildirilir. Bir müddət əvvəl Ermənistan XİN başçısı Ararat Mirzoyan Azərbaycana məxsus yük və sərnişin avtomobillərinin Ermənistan ərazisindəki hərəkətinin gömrük nəzarətinə cəlb olunub-olunmayacağı ilə bağlı suala birbaşa cavab verməyib. O, yayımlanmış sənədə və baş nazir Nikol Paşinyanın açıqlamalarına istinad edərək, qarşılıqlı istifadə mexanizmini izah edib.

Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, Zəngəzur dəhlizi vasitəsi ilə şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin manesiz gediş-gəlişinin təmin olunması əvvəlcədən şərt kimi qoyulub:

“Bu şərt Ermənistan tərəfindən qəbul olunub. Sadəcə olaraq, Ermənistan bəzi məsələlərdə, xüsusilə yurisdiksiya məsələlərində təkid edir. Ermənistan yurisdiksiyasının icrası deyəndə hansı məqamları nəzərdə tutur, bu məqamlara aydınlıq gətirmək lazımdır. Amma Azərbaycan tərəfinin tələbi birmənalıdır və prinsipialdır. Ermənistanın sərhəd və gömrük məsələlərindən məsul dövlət orqanları ilə təmas olmadan vətəndaşlarımızın, yüklərimizin və nəqliyyat vasitələrinin manesiz və təhlükəsiz şəkildə gediş-gəlişi təmin edilməlidir”.Deputat vurğulayıb ki, nəqliyyat vasitəsi dedikdə, burada şəxsi nəqliyyat vasitələri ilə, yük avtomobili arasında heç bir fərq qoyulmur:

“Azərbaycan Respublikası vətəndaşlarının, ökəmizdə yaşamaq və işləmək icazəsi olan şəxslərin Azərbaycanın bir hissəsindən digərinə-Naxçıvan bölgəsinə öz şəxsi avtomobili və ya digər nəqliyyat vasitəsi ilə gediş-gəlişinin təmin edilməsi də həmin tənzimləmələr içərisində öz əksini tapacaq”.

Zəngəzur dəhlizinin açılması Azərbaycanın geosiyasi mövqeyini gücləndirəcək, Naxçıvanla quru əlaqəsini bərpa etməklə ölkənin iqtisadi və sosial inteqrasiyasını artıracaq. Dəhliz həm də Türkiyə ilə birbaşa yol bağlantısını təmin etməklə türk dünyasının nəqliyyat xəritəsində strateji əhəmiyyət kəsb edəcək. Mütəxəssislərin fikrincə, bu layihə bölgədə yeni logistik imkanlar yaradacaq və Orta Asiyadan Avropaya uzanan tranzit marşrutlarının güclənməsinə töhfə verəcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib