Tramp İrana zərbələri bərpa etmək istəyir – MediaZona.Az
Bazar ertəsi, 23 Noyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
23.11.2026 08:13 · Dünya, Gündəm, Manşet, Xəbər xətti

Tramp İrana zərbələri bərpa etmək istəyir

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında münaqişənin nizamlanmasına dair razılaşma əldə olunmayacağı təqdirdə, Yeni ildən sonra İrana zərbələrin bərpasına meyllidir.

Bu barədə “Fox News” telekanalının müxbiri Trey Yinqst ABŞ lideri ilə müsahibəsinin nəticələrinə əsasən məlumat verib.

“Prezident “Fox News”a bildirib ki, razılaşma əldə olunmasa, Yeni ildən sonra İrana zərbələrin bərpasına meyllidir”, – jurnalist efirdə deyib.

Bununla yanaşı, Tramp ABŞ və İran arasında sülh yolu ilə nizamlanmaya dair dolayı danışıqların davam etdiyini təsdiqləyib.

Yinqstin sözlərinə görə, Vaşinqtonla Tehran arasında mesajların ötürülməsində vasitəçi qismində Qətər çıxış edir. Məqsəd münaqişənin danışıqlar yolu ilə həllinin mümkün olub-olmadığını müəyyənləşdirməkdir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSA