Macarıstan XİN-in başçısı Makronun düşüncəsizliyini tənqid etdi

Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyyarto “Kossuth” radiostansiyasının proqramında çıxışı zamanı Fransa Prezidentinin Ukraynaya hərbçilərin göndərilməsinin mümkünlüyü barədə bəyanatını tənqid edib.

“Öz qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü müzakirə edən qərbli siyasətçilər NATO ölkələrinin ümumi qərarını pozur”, – deyə Siyyarto vurğulayıb.

Fransa Prezidenti Emmanuel Makronun Ukrayna münaqişəsi zonasına qərb qoşunlarının göndərilməsi barədə mülahizələrini şərh edən XİN başçısı bu ssenarinin Üçüncü Dünya müharibəsi təhlükəsi yaratdığını qeyd edib.

“Əvvəlcə Qərbi Avropa Ukraynaya yalnız kaskalar göndərirdi, sonra döyüş sursatı, atıcı silahlar, raketlər, indi isə bəzi qərbli siyasətçilər artıq quru qoşunlarının göndərilməsindən danışırlar”, – deyə diplomat bildirib.

“Bu, bizim indiyədək qəbul etdiyimiz qərarlarla tam ziddiyyət təşkil edir. İki il bundan əvvəl NATO-ya üzv dövlətlər alyansın vuruşmayan tərəf olması və NATO ilə Rusiya arasında münaqişədən çəkinmək üçün zəruri olan hər şeyi etmək barədə qərar qəbul edib. Qoşunların göndərilməsindən danışan qərbli siyasətçilər NATO-nun bu qərarını pozurlar”, – deyə nazir əlavə edib.

O vurğulayıb ki, Macarıstan bu məsələ ilə bağlı qəti mövqe tutur: o, Ukraynaya silah və ya hərbi qulluqçu göndərməyəcək. “İnsan həyatı yalnız atəşkəs və sülh danışıqları yolu ilə xilas edilə bilər. NATO müdafiə alyansıdır, kiməsə hücum etmək onun səlahiyyətlərinə daxil deyil”, – deyə Siyyarto xatırladıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi