Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib
Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib.
Parlamentin aşağı palatasının yeni çağırış 336 deputatından 201-i PML liderinin lehinə səs verib.
Şahbaz Şərifin Pakistan hökumətinin başçısı postu uğrunda mübarizədəki rəqibi – Milli Assambleyanın yeni çağırışının deputatlarına müstəqil namizəd kimi daxil olmuş Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan cəmi 92 səs toplayıb.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP