Yaxın Şərqdə hasilatın azalacağı təhlükəsi neftin qiymətlərini artırır

Bazar ertəsi İsrail və Qəzzadakı vəziyyətin Yaxın Şərqdə hasilatı azaldacağı ilə bağlı narahatlıq fonunda xam neftin qiymətləri 4 faiz bahalaşıb.

“Bloomberg” agentliyi xəbər verir ki, ABŞ nefti üçün etalon olan “West Texas Intermediate” (WTI) bir barrel üçün 86 dollardan çox bahalaşıb. Erkən Asiya ticarətində “Brent” markalı neftin qiyməti də artıb.

İsrail və Fələstin əraziləri neft istehsalçısı deyil. Lakin Yaxın Şərq regionu qlobal tədarükün demək olar ki, üçdəbirini təşkil edir. “Həmas” silahlı qruplaşmasının şənbə günü başlatdığı hücumlar dalğası iki tərəf arasında onilliklər ərzində ən böyük eskalasiya olub.

Enerji üzrə analitik Saul Kavonik BBC-yə deyib: “Neft üzrə risk amilləri İran və Səudiyyə Ərəbistanı kimi yaxınlıqdakı böyük neft hasilatçısı ölkələrə yayıla biləcək daha geniş bir yanğın perspektivi səbəbindən artır. Əgər münaqişə “Həmas” hücumlarını dəstəkləməkdə ittiham olunan İranı əhatə edərsə, qlobal neft tədarükünün 3 faizi risk altında olacaq”.

Ekspertin sözlərinə görə, münaqişənin qızışacağı təqdirdə, qlobal neft tədarükünün təxminən beşdəbiri “təhlükə altında” olacaq, eyni zamanda, Hörmüz boğazından keçən mühüm neft ticarəti marşrutu fəaliyyətini dayandıracaq.

Hörmüz boğazı iqtisadiyyatları neft və qaz hasilatı üzərində qurulan Körfəz regionunda əsas neft ixracatçıları üçün həlledici əhəmiyyətə malikdir.

HSBC bankından Ceyms Çeo bildirib ki, hadisələrin yaxın günlərdə necə inkişaf edəcəyi ilə bağlı qeyri-müəyyənlik ABŞ Xəzinədarlıq istiqrazlarına və investorların ənənəvi olaraq böhran zamanı satın aldıqları dollara sərmayənin həcmini artıra bilər. “İndiki mərhələdə bir az əsəbi mühit var. İnvestorlar iqtisadi məlumatlar və geosiyasi qeyri-müəyyənliklə bağlı inkişaflar üzrə vəziyyətin daha aydın olmasını istəyirlər”, -deyə bankın Cənub-Şərqi Asiya və Hindistan üzrə baş investisiya direktoru Çeo əlavə edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi