Suğra Bağırzadə: “Biz bir-birimizi daha yaxşı başa düşürük”
“Korkut Ata” Türk Dünyası Film Festivalı bütün Türk dünyasının birləşməsi deməkdir. Biz bir-birimizi daha yaxşı başa düşürük, çünki adət-ənənələrimiz, dilimiz bir-birinə çox yaxındır.
Bunu Azərbaycan Respublikasının Əməkdar artisti Suğra Bağırzadə deyib.
Əməkdar artist ailəyə, böyüklərə, qadına olan hörməti filmlərimizlə bütün dünyaya çatdırmağın mümkünlüyünü bildirib: “Çox istəyirik ki, bu dəyərləri kino dili ilə dünyaya çatdıraq. Çünki kino elə bir mədəniyyətdir ki, onun dili yoxdur, görürlər və hər şeyi qəbul edirlər. Ümidimiz çox böyükdür. Ümumiyyətlə, Türk dünyası hər bir sahədə olduğu kimi, kino sahəsində də birləşir və bu, hamımız üçün müsbət cəhətdir”.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP