Təhsil eksperti: AMEA ilə bağlı islahatların aparılması zəruridir

Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafında elmin çəkisi, elm və təhsilin inteqrasiyası məsələləri önəmli yer tutur. Ali təhsil müəssisələrinin maddi-texniki bazasının daha da gücləndirilməsi, gənclərin elmi axtarışlara yönləndirilməsi ölkənin gələcək sosial-iqtisadi inkişafını təmin edəcək mühüm amillərdir. Elm və təhsillə bağlı müvafiq infrastrukturun yenilənməsi isə qarşıya qoyulan məqsədlərə daha tez çatmağa və arzuolunan nəticələr əldə etməyə imkan yaradar.

Bu fikirlər təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmovun məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

XXI əsrdə universitetlər dəyər yaradan, özünü maliyyələşdirən, patentə sahib olan, öz xidmətlərini və məhsullarını cəmiyyətə sata bilən müəssisələrdir. Yəni, universitetlər yeni dövrdə təkcə ali təhsil verən müəssisə deyil. Yeni dövrdə universitet müxtəlif elmi istiqamətləri bir araya gətirərək tədqiqat komandalarının birlikdə işlədiyi müəssisədir. Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) ali təhsil mövqeyindən baxsaq görərik ki, orada magistratura, doktorantura təhsili alan tələbələr, tədqiqat aparan alimlər olsa da, AMEA üçüncü nəsil universitetlərin görməli olduğu işləri görə bilmir. Bunun müxtəlif səbəbləri var. Uzun illərdən bəri formalaşmış bu müəssisədə kadrların yenilənməməsi, məvacibin diferensiallaşdırılmaması, elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılmaması AMEA-nı müasir tələblərdən geri qoyur. İnanıram ki, akademiyada elmi tədqiqatlar aparan, elmi məqalələr yazan insanlar var. Ancaq demək olmaz ki, AMEA gözləntiləri doğruldur. Problemin həlli üçün nə etməli? Ümumiyyətlə, bir çox elm-təhsil müəssisələri eyni problemi yaşayırlar: kadrları təqaüdə göndərə bilmirlər. Yaşı 65-70-dən yuxarı olanlar, bu sahədə səmərəli fəaliyyət göstərə bilməyənlər, yeniliklərlə ayaqlaşmayanlar, rəqəmsal bacarıqlara yiyələnməyənlər təqaüdə getmirlər. Bu məsələ həll olunmalıdır, müəssisə kiçildilməlidir. Yəni, iş qabiliyyəti olmayanlar işdən kənarlaşdırılarsa, orada yaranan əlavə vəsait həqiqətən elmi araşdırmalar aparan gənc kadrlara yönləndirilə bilər. Bununla da onlarda motivasiya yaranar, yeni tədqiqatlar aparılar. Elmin inkişafı üçün bu sahəyə gənclərin cəlb edilməsi olduqca vacibdir. Azərbaycanda elmi ictimaiyyətin yaşı çox yuxarıdır. Gənclərin elmi tədqiqatlara cəlb edilməməsi ölkəni elmi-pedaqoji kadr hazırlığında çox ciddi problemlərlə üz-üzə qoya bilər.

Ümumiyyətlə, AMEA-da tədqiqata söykənən iş qurulmalıdır, diferensiallaşdırılmış məvacib sistemi yaradılmalıdır, şöbələrin, bölmələrin səmərəliliyi nəzərdən keçirilərək yığcam tədqiqat müəssisəsinə çevrilməlidir. Azərbaycan Milli Elmlər Akademiyası Sovet İttifaqından qalan mirasdır. Bu qurumun vaxtı keçmiş, köhnəlmiş strukturu və fəaliyyəti yeni dövrün tələblərinə cavab vermir. Ölkəmizin qarşısında duran vəzifələrə nail olmaq üçün fundamental və tətbiqi elm sahələrində radikal islahatlara və yeniliklərə zərurət böyükdür. Əldə edilən böyük Qarabağ Zəfərindən sonra ölkə iqtisadiyyatının dayanıqlı inkişafı, Azərbaycanın regionda lider dövlət rolunu davam etdirməsi həm də elmin inkişafı ilə mümkündür. AMEA köklü müəssisədir. Ancaq bu müəssisə yenilənmədikcə yaşlı palıd ağacı kimi içəridən çürüyə bilər, bəlkə də çürüyüb. AMEA-nı yeniləməklə onun fəaliyyətini eyniadlı tədqiqat müəssisəsi kimi stimullaşdırmaq olar. AMEA-nın islahat nəticəsində tədqiqatçı və alimlərin üzvlüyünə əsaslanan quruma transformasiyası baş verməlidir. Bir çox oxşar kontekstə malik ölkələrdə bu proses həyata keçirilib. Elmi tədqiqatların ali təhsil müəssisələrində aparılması bu müəssisələrdə tədrisin keyfiyyəti, ali məktəblərin fəaliyyətinin təkmilləşdirilməsi və elmi nailiyyətlərin iqtisadiyyata inteqrasiyası baxımından əhəmiyyətlidir.

Bununla bağlı mühüm məsələ AMEA-nın institutlarıdır. Təkcə bir məsələyə diqqət yetirsək mənzərə aydın olar. AMEA-da Neft və Qaz İnstitutu var. Halbuki respublikamızda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Ali Neft Məktəbi fəaliyyət göstərir. Yaxud Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, Aşqarlar Kimyası, Neft-Kimya Prosesləri İnstitutu. Fikrimcə, bütün bunlar bir mərkəzdə cəmlənsə, daha yaxşı olardı. Eləcə də AMEA-da humanitar, ictimai elmlər sahələri üzrə infrastruktura nəzər salınarsa, elmi fəaliyyəti bir-birinə son dərəcə yaxın olan institutları görmək olar.

Digər məsələ isə dünyanın nüfuzlu elmi bazalarında məqalələrin yerləşdirilməsi və onlara istinad edilməsidir. Bu baxımdan da nəzər yetirdikdə AMEA-nın ayrı-ayrı elmi müəssisələrinin fəaliyyətinin qənaətbəxş olmadığı açıq-aşkar görünür. İstər elmi məqalələrin ümumilikdə sayı, istər bir alimə düşən məqalə sayı, istər istinadların sayına görə bir çox institutların göstəriciləri olduqca aşağıdır. Bu məsələ də həmin qurumların fəaliyyətinin yenidən qiymətləndirilməsini, onların optimallaşdırılmasını və rasionallaşdırılmasını qaçılmaz edir.

Son illər ölkəmizdə təhsil sahəsində çox böyük islahatlar həyata keçirilir. Bu islahatlar gənclərin təhsili üçün geniş imkanlar açır. Lakin AMEA-nın mövcud strukturu dövrün tələblərinə cavab vermir. Bu ziddiyyətin aradan qaldırılması məsələsi AMEA ilə bağlı islahatların aparılmasını zəruri edir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib