“Qarabağ”ın “Ferentsvaroş”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununun vaxtı açıqlanıb

Ağdamın “Qarabağ” klubunun Macarıstanın “Ferentsvaroş” komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununun vaxtı açıqlanıb.

Avqustun 3-də Tofiq Bəhramov adına Respublika Stadionun keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP