Yeni saziş Azərbaycanda buğda idxalına necə təsir göstərəcək?

Ukrayna, Rusiya, Türkiyə və Birləşmiş Millətlər Təşkilatı İstanbulda Ukraynanın Qara dənizdən taxıl ixracını bərpa etməsini nəzərdə tutan saziş imzalaması buğdanın dünya bazar qiymətinə təsirsiz ötüşməyib. Sazış imzalandıqdan sonra Birləşmiş Ştatlarda fyuçə müqavilələrində buğda 3 faiz dəyər itirərək hər buşeli 786 dollara təklif olunub. Qeyd edək ki, Rusiya Ukrayna müharibəsi buğdanın qiymətini rekord səviyyəddə 1300 dollaradək yüksəltmişdi. Ukraynanın Qara dənizdən ixracatını bərpa etməsi taxıl böhranını aradan qaldıracaqmı? Yeni saziş Azərbaycanda buğda idxalına necə təsir göstərəcək?

Millət vəkili Vüqar Bayramov bildirib ki, belə bir anlaşmanın İstanbulda imzalanması Türkiyənin regional və artıq qlobal məsələlərə təsir imkanlarının gücləndiyini bir daha göstərir. Qardaş ölkə regional problemlərin çözülməsində xüsusi söz sahibliyinə malikdir.

Taxıl ixracatının bərpa olunması buğdanın qiymətlərinə təsir etsə də belə bu taxil böhranının fundamental həlli anlamına gəlmir. Hələ Ukrayna müharibəsindən öncə də dünya bazarında taxılın qiymətində artımlar var idi. Artan tələbi azalan istehsal ödəyə bilmirdi və bu disbalans yenə də qalmaqdadır. Təbii ki, son anlaşma qlobal aclıq riskini xeyili zəiflətdi. Xüsusən də bu Şimali Afrika və Yaxın Şərqdə ərzaq təminatı baxımından vacib anlaşma idi. Bununla belə, müharibə səbəbindən bu il Ukrayna çox az sahədə ilkin şumlama apara bilib və taxıl əkin sahələrinin kəskin azalacağı gözlənilir. Bu is o anlama gəlir ki, gələn ildə də qlobal ərzaq böhranı əsas gündəm olaraq qalacaq. Rusiya fərqli səbəblərdən taxıl ixracatını məhdudlaşdırıb. Sözügedən 2 ölkə qlobal taxıl ixracatının 30 faizini formalaşdırır və onlardan bazardan çəkilməsi təklifə ciddi təsir göstərir.

Azərbaycan Rusiya-Ukrayna müharibəsindən öncə taxıl ehtiyatlarını artıran ölkələrdəndir. Yalnız bu ilin yanvar ayında taxıl idxalımız 4 dəfə artmışdı. İdxal daha çox Qazaxıstandan həyata keçirilmişdi. Son saziş ölkəmiz üçün də yeni idxal imkanları yarada bilər- baxmayaraq Qara Dənizdən ixrac ediləcək taxılın əsas alıcıları başqa qitələrdə yerləşirlər.

Təbii ki, ən uyğun yol idxaldan asıllığın aradan qaldırılmasıdır. 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda cüzi olsa da artımlar müşahidə edilməkdir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhvə verəcəyi gözlənir. Artıq daha çox yerli ərzaq istehsalı güclü ərzaq təhlükəsizliyi anlamına gəlməkdədir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    One thought on “Yeni saziş Azərbaycanda buğda idxalına necə təsir göstərəcək?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi