Niyə Şuşaya hər dəfə eyni jurnalistlər gedir?

Vətən müharibəsində Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi Şuşa hər bir vətəndaşın görməyi arzu etdiyi müqəddəs torpaqdır. İnsanların bu arzusu nəzərə alınaraq, Şuşaya, o cümlədən işağaldan azad edilən digər bölgələrimizə səfərlər təşkil edilir. Eyni zamanda, mütəmadi olaraq mətbuat nümayəndələrinin Şuşaya səfərləri olur. Bir qrup jurnalistin dəfələrlə getməsinə rəğmən, hələ də Şuşanı görməyənlərin olması, xüsusilə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilir. Əksəriyyət qıcıq yaradan səbəb isə sadədir: Bir jurnalist hər həftə Şuşadadır. Amma bütün prosesləri səbrlə kənardan izləyənlər də var…

Şuşaya səfər etməyənlərin sırasında olan “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı  fikir ayrılıqlarının olmasını normal hesab etdiyini bildirib:

 

“Şuşa bütöv Azərbaycanın məbədidir. Buna görə də hamının hissini, fikrini düzgün qəbul etmək lazımdır. Şuşaya getməyənlərdən biri də mən özüməm. Bir dəfə dəvət olunmuşdum, o zaman da Türkiyədə konfransda iştirak etidiyim üçün gedə bilməmişdim. Ancaq mənim də arzumdur ki, Şuşaya gedim. Getmək, adının siyahıya salınmasını istəyən jurnalistlərin fikirlərini anlayışla qarşılamaq lazımdır. Bir jurnalist bir dəfə gedibsə, digər bir jurnalist getməyibsə, Şuşada olmayanın növbəti dəfə getmə haqqı tanınmalıdır. Elə məsələlər də var ki, redaksiyadan, redaktordan asılı deyil. Bəzən deyirlər ki, baş redaktorlar niyə belə edir. Baş redaktorun Şuşaya gedən jurnalistlərin siyahısına müdaxilə etmək imkanı yoxdur. O siyahılar müəyyən qurumlar, təşkilatlar tərəfindən hazırlanır. Azərbaycan jurnalistləri fədəkardır, onlar Şuşa üçün sözlə döyüşüblər, söz savaşı aparıblar. Ona görə də jurnalistlərin istəklərini qəribçiliyə salmadan arzularının çin olmasını istəyirik. Müəyyən zaman var, gözləyək, biz də Şuşaya gedəcəyik”.

İki dəfə Şuşaya getmək şansı olan “Teleqraf Media Group”un rəhbəri Aynur Camalqızı bu məsələdə haqsızlıqdan çox təşəbbüskarlığın aşağı olduğunu düşünür:

 

“O jurnalistlər dəfələrlə gedir ki, təşəbbüskardırlar, özlərini yada salırlar. Xüsusi bir incikliyin olması, bunu kampaniyaya çevirmək qəti şəkildə doğru deyil. İşğaldan azad olunmuş bölgələrə turlar təşkil olunur ki, bunun vasitəsilə də Şuşaya getmək mümkdündür. Başa düşürəm Şuşa hamımız üçün müqədəsdir, ən ali dəyərdir. 30 illik həsrətdən sonra hamının arzusudur orda olmaq. Mən Şuşa arzusu ilə yaşayan insanları xoşəxt insan hesab edirəm. Küslükləri, inciklikləri bir kənara qoymaq lazımdır. Dövlətimiz vətəndaşlarımızı ora köçürmək üçün nəhəng proses başladıb.  Bu prosesdə biz unudulsaq da, inciməməliyik”.

Qeyd edək ki, bu məsələdə incik jurnalistlər çoxluq təşkil edir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi