İŞİD-lə bağlı ABŞ səfirinin açıqlaması

ABŞ-ın Türkiyədəki səfiri Con Bass Türkiyə vətəndaşlarına viza verilməsinin dayandırılması barədə qərarın ABŞ hökuməti səviyyəsində qəbul olunduğunu bəyan edib. C. Bass Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqədə təqsirli sayılaraq həbs edilən ABŞ-ın İstanbul Baş Konsulluğunun əməkdaşı Mətin Topuzun qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizə işinə məsul olduğunu və Türkiyədə bu sahədə çalışan hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə saxladığını bildirib. Diplomat deyib ki, əgər M. Topuz vəzifə səlahiyyətlərini aşaraq başqa şəxslərlə əlaqə qurubsa, bu məlumatlarla tanışlıqdan məmnun olar.

İstanbul Baş Konsulluğunun FETÖ ilə əlaqədə təqsirli sayılan başqa bir əməkdaşının konsulluqda gizlənməsi barədə xəbəri təkzib edən C. Bass ABŞ-ın müstəqil Kürdüstan dövlətinin qurulmasını, kürd koridorunu dəstəkləmədiyini də vurğulayıb. O, “İncirlik” hərbi bazasındakı ABŞ əsgərlərinin viza problemindən əziyyət çəkməyəcəklərini, bazadakı amerikalı əsgərlərin qüvvədə olan müqavilələrə uyğun olaraq Türkiyədə olduqlarını və səfərlərinin də bu müqavilələrlə tənzimləndiyini nəzərə çatdırıb.

C. Bass 9 aydan çoxdur ki, İŞİD terror təşkilatının Türkiyədə terror aktları törətməməsini də qabardıb: “Bu, İŞİD-in terror aktları törətməkdən vaz keçməsi ilə bağlı deyil, iki ölkənin əməkdaşlığının nəticəsidir”. Bu həftə səlahiyyət müddəti başa çatdığı üçün Türkiyəni tərk edəcəyini açıqlayan C. Bass Fətullah Gülənin ekstradisiyasının məhkəmə qərarı ilə mümkün ola biləcəyini söyləyib.
Qeyd edək ki, oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Mətin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb. Apa.az

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib