Keyfiyyıtsiz tərcümə, bərbad nağıllar

 

   -Onlar sevişirlər”…

Fillə donuz balası arasında illüstrasiyalı, erotik məzmunlu bu dialoq azyaşlılar üçün nəzərdə tutulan “Qaranquş” jurnalında dərc olunub. Virtualaz.org xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri bu günlərdə jurnaldan həmin səhifənin fotosunu paylaşıb. Foto Azərbaycanda onsuz da bərbad durumda olan dərs vəsaitləri ilə bağlı narazılıqların fonunda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Axı filin başına qonub sevişən quşlar haqda öyrənmək azyaşlıların nəyinə lazımdır?

Jurnalın təmsilçisi Aysel Zahidqızı tənqidlərə elə sosial şəbəkələr üzərindən cavab verib. Xanım Zahidqızının fikrincə, nağıl azyaşlılar üçün nəzərdə tutulduğundan “sevişmə” ifadəsinin açmasını valideyn övladına özü başa düşdüyü kimi çatdırmalıdır: “Hər bir valideynin kitab alarkən seçim imkanı var. Bizim kitablarımız dünyaca məşhur uşaq yazarlarının ana dilimizə tərcümə olunmuş kitablarıdır. Haqqında danışılan kitab uşaq yazarı kimi mükafat qazanmış məşhur amerikalı yazarın kitabıdır. Ana dilimizə tərcüməsində “sevişirlər” ifadəsi ayıb sayılır, əslində “onlar bir-birilərini çox sevir” anlamındadır. Kitabın uşağa necə çatdırılması valideyndən asılıdır”.

Zahidqızı düşünür ki, uşağın leyləklər vasitəsilə dünyaya gəldiyini izah edən valideynlər üçün bu qəbuledilməz səhv kimi görünə bilər. Amma onsuz da uşaqlar müəyyən prosesləri televizorda, cizgi filmlərində görürlər.

Digər nağıllar nə gündədir

Virtualaz.org saytı isə xatırladır ki, təkcə fillə donuz balasının dostluğundan bəhs edən bu nağılda deyil,  tərcümə olunmuş digər nağıl və hekayələrdə də dilimiz üçün yad və ya qeyri-etik ifadələrə tez-tez rast gəlirik, zorakılıq səhnələri olduğu kimi verilir. Amma problem bununla bitmir, Azərbaycan xalq nağılları nümunələrinin əksəriyyəti redaktə olunmadan çap edilir. Müasir müəlliflər tərəfindən yazılan nağıl və ya hekayələrin əksəriyyəti bəsit, anlaşılmazdır. Bəzi ədəbiyyat nümunələrində uşaqlara açıq-aşkar zorakılıq aşılanır. Elə bu problemlərə görə də övladına kitab sevgisi aşılamaq istəyən valideynlərin seçim imkanı məhduddur.

Hazırda kitab mağazalarında 1 nağıldan ibarət olan 1 manat 50 qəpiklik kitablardan tutmuş 25 manatlıq antologiya, nağıllar toplusuna qədər həm xarici, həm də yerli müəlliflərin kitabları satılır. Amma valideynlər övladları üçün nağıl və ya bədii əsər almaqda çətinlik çəkirlər.

Valideyn Xəyalə Məmmədova deyir ki, 4 və 6 yaşlı oğlanları üçün kitab seçə bilmir. Nağıl kitablarını əvvəlcə özü oxuyur, sonra uşağın başa düşəcəyi tərzdə danışır. Məsələn, “Göyçək Fatimə” nağılı müxtəlif versiyada işlənilib. Guya ki, yenilik ediblər. Fatimənin ögey bacısı ayaq barmağını kəsməklə başmağı geyinməyə, padşah oğluna ərə getməyə çalışır. Başqa bir nağılda pislik edən qızın başını qırxırlar, atın quyruğuna bağlayıb sürüyürlər. Sanki pislik edən mütləq əzabla öldürülməlidir”,-Xəyalə şikayətlənir.

Daha bir problem tərcümə ilə bağlıdır, xarici yazarların kitabları tərcümə edilərkən anlaşılmazlıq yaranır. Məsələn, “Ərciyəzim neyləsə xoşdur” nağılında əslində qadının həyat yoldaşına inamından, sədaqətindən bəhs edilir. Amma tərcümə nağılın mənasını tam anlaşılmaz edib. Türk dilində “kocacığım” ifadəsi olsa da, dilimizdə “ərciyəzim” sözü yoxdur, heç kim evində həyat yoldaşına əzizləmə mənasında belə “ərciyəzim” demir. Əksinə bu ifadə bizdə kişini alçaltma, təhqir etmə kimi yozula bilər.

Uşağı iki yerə parçalayıb itə atmağı kim təbliğ edir?

Valideynləri, elə müəllim və ekspertləri narahat edən məsələlərdən biri  də uşaqlarda qorxu, həyəcana səbəb olan nağıllardır. Məsələn,  “Qanun” nəşriyyatının nəşr etdiyi “Göy muncuq” nağılından kiçik bir hissəni yada salaq:

“Kişinin balaca bir oğlu var idi. Birdən bu başladı ağlamağa. Kişi nə qədər elədi oğlan kirimədi. Kişi dedi:

– Göy Muncuq dur “mını” çıxart çölə, səsini kəssin.

Göy Muncuq bunu apardı çölə. 2 qılçasından tutub dartdı, 2 bölüb yarısını bu itə atdı, yarısını o biri itə atdı. Beləcə, nadinclik edən uşağın axırı ölüm oldu.

“Apar bu qancıxı öldür…”

Və ya nağıldan başqa hissə, üslubuna toxunmadan: “Bı qardaşlar söydəyərlik edirdilər. Bir gün bılar söydəyə getmişdilər. Qız da düyü arıtdıyırdı ki, xörək bişirsin. Gördü ki, düyünün içində bir göy mıncıx var. Mıncığı götürüb ağzına qoydu. Nə təhər oldusa, özün unudub, mıncığı uddu. Bir müddət keçənnən sora bı qız gördü ki, hamilədi. O saat başa düşdü ki, hər nə əngəl oldusa, həmən göy mıncıxdan oldu. Bilmədi neynəsin. Bını bırda qoyax, sizə kimnən xəbər verim, qızın qardaşdarınnan. Bılar söydaların qurtarıp evə döndülər. Gördülər ki, bacılarının qarnı şişip, ağzına dəyir. Bılar dedilər:

– Bacı, düzün deyinən, bı uşax kimnəndi?

Qız nə qədər and işdi ki, heç kimin üzün görmiyip, qardaşdarı inanmadılar. Dedilər, yalan diyirsən.

Böyük qardaş kiçik qardaşı çağırıp dedi:

-Apar bı qancıxı öldür”.

Beləliklə, nağılda açıq-aşkar zorakılıq aşılanır, qardaşın “namus üstündə” bacını öldürməsi təbliğ edilir.

Milli-mənəvi dəyərlərimiz?

Psixoloq Vəfa Əliyev da deyir ki, nağıllar uşaq psixologiyasına təsir edir. Hər bir nağıl özündə mənsub olduğu xalqın genetik yaddaşını daşıyır. “Nağıllar vasitəsilə uşaq hadisələrin inkişafına görə yaxşını və pisi ayırd etməyi öyrənir. Nağıllar vasitəsilə uşağa hər zaman yaxşı olanların qalib gəldiyinin, səbirli olmağın, ağılın hər şeydən qiymətli olduğunun, sədaqətin mesajını veririk. Nağıllar həm də uşaqda dinləmə bacarığının aşılanması üçün vacibdir. Uşağa 2 yaşından nağıl danışmaq lazımdır”,-psixoloq əlavə edib.

V.Əliyeva deyir ki, nağıllardakı qorxu və zorakılıq səhnələri ilə uşaq psixiki zədə ala bilər. Nağıllardakı erotik elementlər isə uşaqlarda yanlış cinsi tərbiyənin formalaşmasına səbəb ola bilər. Nağıl uşağın yaşına və psixoloji inkişafına uyğun seçilməlidir. Çünki uşaq nağıllarda özünü tapır. Buna görə də nağıl seçərkən diqqətli olmaq lazımdır. Eləcə də uşaq ədəbiyyatı, hekayə və şeir seçimində də valideynlərdən diqqət tələb olunur.

Uşaq ədəbiyyatı nəşr edən nəşriyyatlar susmağı üstün tuturlar. Məsələn, “Qanun”, “Bərəkət”, “Əli və Nino” -dan suallarımıza cavab ala bilmədik.  “Qanun” nəşriyyatının əməkdaşı sualımızı dinləyədən sonra cavab vermək səlahiyyətində olmadığını dedi: “Mən belə nağıllarla qarşılaşmamışam, bilmirəm də”.

Uşaq ədəbiyyatı sahəsində xaos

Virtualaz.org qeyd edir ki, hazırda Azərbaycanda uşaq ədəbiyyatı sahəsində tam xaos hökm sürür, bu sahəyə heç kim nəzarət etmir. Təhsil Nazirliyi bildirir ki, onlar ancaq dərsliklərə nəzarət edə bilirlər. Hansı ki, son illər az qala hər yoldan keçənin yazıb dərslik adı altında sırıdığı bu kitablara nəzarətin nə dərəcədə ciddi olduğu da ayrı məsələdir. Dərsliklər kobud səhvlərlə, təhriflərlə doludur. Hətta iş o yerə çatıb ki, dəqiq elmlərə aid dərslikləri baş-ayaq çeviriblər.

Nağıl və ya uşaq ədəbiyyatını nəşriyyatlar özləri seçib dərc edirlər. Hansı ki, uşaqların tərbiyəsi həm də bu kitablardan asılıdır və qardaşın bacını “qancıx” kimi öldürməsini, yaxud dəcəllik edən uşağın parçalanaraq itlərə yem edilməsini təbliğ etmək əsl cinayətdir. Bəs bu cür vəhşiliyi təbliğ edən müəlliflərə, nəşriyyatlara qarşı niyə tədbi görülmür?  Bu dalandan çıxış yolu görünürmü? Axı Azərbaycanda nəinki dərsliklər, eləcə də uşaq ədəbiyyatı sahəsində qayda-qanun yaratmağın vaxtı çoxdan çatıb.

Ülviyyə Xudiyeva

Virtualaz.org

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır