5 yaşlı qızını zəhərləyən ana

Qusarda 5 yaşlı qızını zəhərləyib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın ibtidai istintaqa verdiyi ifadə məlum olub. Saypullayeva Gülnarə Qurbanovna elan olunmuş ittihamla özünü tam təqsirli bilərək, ifadəsində göstərib ki, o, Qusar rayonunun Hil kəndində Rafiq adlı şəxsə məxsus fermada rəsmi nikahda olmadığı Bəxtiyar Ömərovla birlikdə yaşayıb. Evlilik münasibətlərindən 2012-ci ildə Luiza adlı qızı dünyaya gəlib. O deyib ki, B. Ömərovla və qızı Luiza ilə normal münasibətləri olub.

G. Saypullayeva baş vermiş hadisə ilə bağlı danışaraq qeyd edib ki, uzun müddət müxtəlif şəxslərə məxsus evlərdə, fermalarda işləyərək orda yaşayıb. Bu hal, yəni sərbəst həyat keçirməməyi onu çox sıxıb, anasıgilə gedərək, orda yaşamaq istəyib, lakin qızı Luizanın varlığı buna imkan verməyib, Luizailə  birlikdə anasıgilə gedərsə, onu qəbul etməyəcəklərini düşünüb. Qadın ifadəsində bildirib ki, əvvəllər Bəxtiyardan küsərək anasıgilə gedəndə, anası ona hər zaman evə gəlməməyi, valideynlik məsuliyyəti,  öhdəliklərdən azad olmasını istəyib. Buna görə Gülnarə valideynlərinin yanına gedərək, sərbəst həyat yaşamaq üçün bu il iyunun 14-də səhər yuxudan qalxandan sonra qızı Luizanı öldürmək qərarına gəldiyini açıqlayıb.

O elə həmin gün yaşadığı evdə üzərinə “Neosidol” yazılan ampulada olan qatqını və digər qabda olan məhlulu südə qarışdırdığını, həyətdə Luizaya içirdiyini deyib. Təqsirləndirilən qadın bildirib ki, həmin vaxt Luiza ondan “ana, bu süddən dərman iyi gəlir, bu dərmandırmı?”, – deyə soruşsa da, südü ona içirib və evdə olan ağ rəngli bərkimiş dərman maddəsini xörək qaşığı ilə Luizanın ağzına qoyaraq uddurub.

Gülnarə Saypullayeva deyib ki, bundan sonra Luiza həyətə oynamağa gedib və təxminən yarım saatdan sonra uşaq onun yanına gələrək qarnının ağrıdığını bildirib, bu zaman Luizanın ağzından köpük gəlib. Luizanı çarpayıya uzadaraq, onun ağzını silib, sonra həyətə çıxıb orda özündən başqa kiminsə olub-olmadığına baxıb. Luizanın yanına qayıdaraq, onun xırıldadığını eşidib və ona yazığı gəldiyi üçün qışqıraraq, adamları köməyə çağırıb. Səsə gələn əri Bəxtiyar nə olduğunu soruşub, o isə heç nə bilmədiyini deyib. Sonra uşağı ferma sahibinin avtomobili ilə xəstəxanaya aparıblar. Xəstəxanaya çatanadək uşaq yolda vəfat edib.

Prokurorluq əməkdaşları xəstəxanada hadisənin necə baş verdiyini soruşduqda G.  Saypullayeva bu barədə heç nə deməyib.  Hadisədən 6 gün sonra yəni, iyununun 20-də G. Saypullayeva qızı Luizanı zəhərləyərək qəsdən öldürdüyünü əri Bəxtiyara etiraf edib.

İfadədən məlum olub ki, G. Saypullayeva təxminən bir il əvvəl də qızını öldürmək niyyətində olub, bunun üçün müxtəlif dərmanları qarışdıraraq qızına içirtmək istəsə də, ona yazığı gəlib və fikrindən daşınıb.

Qeyd edək ki, G. Saypullayevanın cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın icraatında araşdırılır. Apa.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi