AŞPA-da Azərbaycanla bağlı müzakirələr olunacaq

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası plenar iclaslarında “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” və “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

Azərbaycan Milli Məclisinin deputatları müzakirələrdə iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.