Azərbaycan nefti bahalanır
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,17 dollar bahalaşaraq 51,09 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar artaraq 56,71 dollar təşkil edib.
AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,12 dollar bahalaşaraq 58,11 dollar olub.