Kataloniyanın müstəqilliyi təxirə salındı
İspaniyanın Kataloniya muxtariyyatının prezidenti Karles Puçdemon Kataloniyanın bu hüquqa layiq olduğunu bildirib. LakinPuçdemon parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb. O, razılaşdırılmış qərarın qəbul edilməsi üçün rəsmi Madridlə dialoqa başlamağın lazım olduğunu qeyd edib: “Seçkilərdə müstəqillik haqqını əldə etdik. Amma biz dialoq tərəfdarı olduğumuz üçün Madrid hökumətilə bu məsələni həll etmək istəyirik. Müstəqilliyi onlarla görüşərək həll etmək istəyirik”-deyib.
İspaniya hökuməti katalonların lideri Karles Puçdemont haqqında cinayət işi açsa da, Kataloniya polisi onun təhlükəsizliyini ciddi şəkildə qoruyur. Parlamentin binası təhlükəsizlik qüvvələri tərəfindən dövrəyə alınıb.