“Windows 10 Phone” sistemi uğursuzdur

“Microsoft” şirkətinin icraçı direktoru Co Belfior deyib ki, şirkət “Windows 10 Mobile” üçün yeni qurğu və yeniləmələr yaratmayacaq. O, bu haqda “Twitter”də yazıb.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “əlbəttə, biz platformanı dəstəkləməyə davam edəcəyik… Boşluqları aradan qaldıracaq və təhlükəsizlik yeniləmələri çıxaracağıq – Belfior deyib. – Amma yeni funksiya və qurğuların buraxılışı planlaşdırılmır”.

O, həmçinin bildirib ki, proqram nəhəngi mobil proqram tərtibatçılarını cəlb etməyə çalışıb. Ancaq istifadəçilərin mobil sistemə zəif marağı bir çox şirkətləri platformaya sərmayə qoymaqdan çəkindirib.