İki oğlu şəhid olan 93 yaşlı ana evsiz qalıb-ŞİKAYƏT

Deyir, son ümidim ancaq Prezidentədir!
Goranboy rayonu ,Səfikürd kəndinin sakini Səfərova Bəyaz Kərəm qızının dörd oğlunun dördü də 1-ci  Qarabağ savaşında vuruşub. Onlardan biri şəhid olub, biri itkin düşüb, biri isə qazidir. Ölkə başçısı İlham Əliyevin 20 iyun 2014-cü il tarixdə imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair” sərəncamına əsasən, 2018-ci ildə ƏƏSM nazirliyinin xətti ilə Səfərovlar ailəsi üçün rayonda 3 otaqlı ev tikilib. Tikinti zamanı icraçı təşkilat kobud səhvlərə yol verib. Nəticədə evin özülü çökməyə başlayıb və ev qəzalı duruma düşüb.
Dəfələrlə aidiyyatı orqanlara, Prezident Aparatına şikayətlər ünvanlayandan sonra 2021-ci ilin noyabr ayında evin qəza vəziyyətində olduğunu təsdiqləyən rəsmi sənəd almaq mümkün oldu. Sənədi imzalayan cavabdeh şəxslər 2022-ci ilin mart ayında sözügüdən qəzalı evi söküb yenidən tikəcəklərinə söz verdilər. Lakin bu günə kimi məsələnin həlli istiqamətində heç bir irəliləyiş yoxdur.
Bəyaz ananın ömür-gün yoldaşı Zahid kişi iki il əvvəl rəhmətə gedib. Bəyaz ana deyir: “Şəhid balalarımın adına tikilən evdə yaşamaq yoldaşıma qismət olmadı. Heç olmasa mənə nəsib olsaydı, barı ürəyim sərinlik tapardı, bilərdim ki, balalarımın ruhu şad oldu, rahat gedərdim bu dünyadan.” Məgər iki oglunu şəhid verən bir ana üçün bu çoxmu böyük arzudur?
Səfərovlar ailəsi üzvlərinin ümidi yalnız  ölkə başçısınadır. Onlar dövlət rəhbərinə üz tutub deyirlər:
– Cənab Prezident! Siz şəhidlərimizin xatirəsini daim əziz tutur, ailələrinin qeydinə qalır, onların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına çalışırsınız. Lakin bəzi üzdəniraq məmurlar nə qanun sayır, nə Allahdan qorxurlar. Xahiş edirik ailəmizin bu problemini öz nəzarətinizə götürəsiniz və qəzalı evin sökülüb yenidən tikilməsinə vəsait ayrılması üçün müvafiq tapşırıq verəsiniz. Biz Sizə inanırıq! Əminik ki, anamızın son arzusunun ürəyində qalmasına izin verməzsiniz, inşaAllah!
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP
 Нет описания фото.
Нет описания фото.
 Нет описания фото.
 Возможно, это изображение (1 человек)
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi