Dünya Azərbaycanlılarının V Qurultayı ilə bağlı məlumatlandırma kampaniyası başlayıb

Dünya Azərbaycanlılarının V Qurultayının ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsinə dair məlumatlandırma xarakterli kampaniyaya start verilib.

Artıq paytaxt Bakıda və Şuşa istiqamətində yollarda qurultayın başlanması ilə bağlı lövhələr yerləşdirilib. 

Lövhələrdə Şuşanın görüntüsü fonunda V Qurultay barədə qısa məlumat və şüarlar əks olunub. 

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    55 4 61 71 21 WHATSAPP