54-cü “Açıq mikrofon” aksiyası Beyləqanda -FOTO

“Həm sahibkarların, həm də sakinlərin qaz təchizatı ilə bağlı problemlərini dinləmək üçün Birlik rəhbərliyinin göstərişi ilə sizinlə görüşə gəlmişik. Aksiyanın imkanlarından maksimum şəkildə istifadə edin ki, sizə köməklik edə bilək”.

Bu sözləri Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq mikrofon” aksiyası çərçivəsində keçirilən görüş zamanı bildirib.

Birliyin digər rəhbər şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də görüşdə iştirak ediblər. Sahibkar İbadət Nağıyev qaz təminatında heç bir problemin olmadığını, yalnız istehlak etdiyi təbii qazın həcminin böyük olduğundan mövcud sayğacın daha böyük həcmli sayğacla əvəz olunmasını xahiş edib.

Çörək istehsalı ilə məşğul olan sahibkar Yusif Yusifli istehlak olunan aylıq sərfiyyatın ödənilməsi üçün müəyyən müddətdə möhlət verilməsini istəyib. Sakinlər yeni yaşayış massivlərində inşa olunan fərdi yaşayış evlərinin qazlaşdırılması, qaz xəttinin və qaz sayğacının yerinin dəyişdirilməsi, bundan əlavə istehlak olunan təbii qaza görə yaranan borcun ödənilməsində çətinlik çəkdikləri üçün sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəz olunmasını xahiş ediblər.

 Daxil olan müraciətlərlə bağlı izahatlar verilib. Bildirilib ki, Beyləqan rayonunda qazlaşdırılma səviyyəsi yüz faiz təşkil edir. Fərdi qazlaşma, küçə qaz xəttinin çəkilməsi ilə bağlı daxil olan müraciətlər yeni yaşayış məntəqələri və massivləri ilə bağlıdır. Bundan əlavə, ünvanlanan bütün müraciətlər qeydiyyata alınaraq aidiyyatı üzrə yönləndirilib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi