İlhamə Quliyevanın sərvəti kimlərin əlinə keçib? – Müğənnidən iddialar

“Mən əvvəldən demişəm, İlhamədən kim nə oğurlayıbsa, fərq etməz mən tərəfdən, ya onların, kim olur-olsun, gec-tez burnundan gələcək”.

Olaylar.az  xəbər verir ki, bunu  müğənni Əli Mirəliyev Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyevanın qızının səhhəti ilə bağlı efirə çıxaraq kömək istəməsindən danışarkən deyib. Müğənni bildirib ki, bütün bunların hamısı ictimaiyyətin gözündən pərdə asmaq üçündür:

“Bunlar ictimaiyyətə sübut eləmək istəyir ki, İlhamədən onlara heç nə qalmayıb. Bəs bu boyda pul, bu boyda qızıl-brilyant hara getdi? 2016-ci ildə ölüb İlhamə, 8 ilə bu qədər sərvəti necə xərclədilər? Bəlkə Fəridə Gülbahar Quliyevanın birinci ərindən olan qızıdır, ona görə onu bu sərvətdən kənar ediblər? Bunu da bilmirik. Gülbaharı yaxından tanımıram.

Siz elə bilirsiniz ki, özgənin əmlakını yemək yaxşı haldır? Özgənin malını yemək Allah tərəfindən qəbul olunur? Xeyr. Hamısı burnunuzdan gələcək, sadəcə geci-tezi var”.

Əli Mirəliyev təəssüf hissi ilə İlhamə Quliyevanın uşaq doğmadığını, ana olmadığını xatırladıb:

“Qıram-qıram yığıb, ölən kimi də evini tanımayan biri gəlib ona sahib oldu. Və bundan heç də utanmır. Sən İlhamənin evini tanımadığın halda onun sərvətinə necə sahib oldun? Sənə onun evinin yerini biz deyirdik. Bu mənə pis təsir edir. İlhamənin bütün əziyyətini mən və qızım çəkmişik. Axırıncı illərdə xəstə yatdı, qızım saxladı onu. Gözünüzdən gəlsin. Sən Tükəzbanın nəyisən? Tükəzban bizim bibimizdir. Sənin atanın birinci arvadıdır, heç dəxli var? Bunun İlhamə ilə nə əlaqəsi? Sən İlhamə Quliyevanın evini tanımayan ögey bacısı onun sərvətinə necə sahib oldun? Bizi kənara itələdilər, mən qızmla kənarda qaldım. Onun bütün malı-pulu mənim qızımda idi, hamısını ondan aldınız, pulu böldünüz”.

Əli Mirəliyev İlhamə Quliyevanın oğlu Orxan Nadirovun Azərbaycandan getməsi ilə bağlı deyilənlərə də aydınlıq gətirib:

“İlhamə sağ olan ona yüz dəfə dedim ki, Orxanı övlad kimi sənədləşdir öz adına, dünyanın işini bilmək olmaz. Ananın doğma mülkünü ona ver, ailəlidir, uşağı var. Orxan onun anasının evində böyüyüb. Nə olsun sən doğmamısan. Lalə də Orxanı həmin evdə doğub, böyüdüb. Eləmədi, hər dəfə də dedi: “Evi kimsəsizlərə verəcəm”. Gündə bir söz danışırdı. Lapdan getdi həyatdan. Elə ona görə Orxan Azərbaycandan getdi. Orxan yazıq didərgin düşdü, küçələrdə yaşayır. Çıxdı getdi Ukraynaya, day nə qədər söz-söhbət olar, ey”.

Qeyd edək ki, mərhum Xalq artisti İlhamə Quliyevanın ögey bacısı Gülbahar Quliyevanın qızı Fəridə “Bizimləsən” proqramına gələrək səhhəti ilə bağlı yardım istəyib. Artıq çəkidən əziyyət çəkən Fəridə əməliyyatla 60 kilo arıqlayıb. 27 yaşlı xanımın 143 kilo çəkisi olub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP    

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib