“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində NEMO rəhbərliyi tərəfindən master-klas keçirilmişdir

14-15 fevral tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin üzvü olduğu Avropa Muzey Təşkilatları Şəbəkəsinin (NEMO) İdarə Heyətinin üzvləri və İcraçı Direktoru Azərbaycana səfər edib. Səfərdə məqsəd 14 fevral tarixində muzey əməkdaşları üçün muzey işinin təşkili və idarə olunmasına dair  master-klasın, 15 fevral tarixində isə “İçərişəhər” DTMQİ-nin ev sahibliyi etdiyi  NEMO İdarə Heyətinin iclasının keçirilməsidir.

Bir 4 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar, kostyum və içəridə şəkili ola bilər

“İçərişəhər” Muzey Mərkəzinin və Bakı şəhərində fəaliyyət göstərən 10-a yaxın muzeyin əməkdaşlarının qatıldığı master-klasda muzeylərin davamlı inkişafı, ictimaiyyətlə iş, ziyarətçilərin öyrənilməsi, muzey idarəçiliyi, Azərbaycan muzeylərinin kolleksiyalarında zəngin irslə bağlı aktual mövzular müzakirə olunub.

Tədbirdə NEMO-nun Avropanın 6 ölkəsinin (Almaniya, Norveç, Sloveniya, Estoniya, Niderland, Belçika) Muzey Assosiasiyalarının rəhbərlərindən ibarət olan İdarə Heyəti tərəfindən yuxarıda qeyd olunan mövzular üzrə təqdimatlar edilib.

Master-klasın açılışında “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və NEMO-nun İcraçı Direktoru Julia Pagel çıxış edərək İçərişəhər və NEMO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmişlər və təşkil olunan tədbirin Azərbaycan və Avropa muzeyləri arasında qarşılıqlı əlaqələrin inkişafı baxımından önəmli olduğunu vurğulamışlar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP    

Bir 11 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər

Bir 10 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi