ABŞ öz vətəndaşlarını Belarusu tərk etməyə çağırdı
ABŞ-ın Minskdəki səfirliyi amerikalıları dərhal Belarusu tərk etməyə çağırıb.
Olaylar.az xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin saytında dərc olunub.
İlkin səbəb kimi Belarus və Ukrayna sərhədində Rusiyanın hərbi mövcudluğunun artırılması göstərilir.
Digər səbəblər sırasında Belarusda qanunların işləməməsi, saxlanılma riski və COVID-19-la bağlı vəziyyət göstərilir.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP