“Biz özümüz özümüzə düşmən kəsilməməliyik”- MÜSAHİBƏ

Ramil Hüseynov: “Hamılıqla bu ölkənin inkşafında və dövlətimizin möhkəmlənmisində öz töhfələrimizi verməliyik”

Son illər ölkəmizdə müşahidə olunan müsbət tendensiyalardan biri də ondan ibarətdir ki, bütün istiqamətlərdə olduğu kimi, siyasi sahədə də dövlətin və xalqın maraqlarına xidmət edən islahatlar həyata keçirilir. Istər siyasi partiyalarla hakimiyyət arasında normal əməkdaşlıq mühitinin yaradılması, istər Prezident Administrasiyasında bu sahə ilə məşğul olan müvafiq şöbənin fəaliyyət göstərməsi, istərsə də siyasi partiyaların normal fəaliyyət göstərmək üçün qərargahla təmin olunması fonunda bunu aydın görmək mümkündür. Məhz sadaladığımız amillər öz növbəsində öıkədə siyasi fəaliyyətlə məşğul olmağa marağı daha da artırır və hakimiyyət – müxalifət əməkdaşlığından doğan müsbət nəticə kimi respublikada yeni – yeni siyasi partiyalar təsis edilir. Belə partiyalardan biri də  Dirçəliş və Tərəqqi Partiyasıdır. Partiyanın sədri Ramil Hüseynovla da  məhz bu istiqamətdə söhbətləşdik. “OLAYLAR” a verdiyi müsahibədə Ramil Hüseynov rəhbərlik etdiyi partiyanın yaranma zərurət, qarşısına qoyduğu hədəflər, eləcə də ölkədəki mövcud siyasi mühit barədə söhbətləşdik.

-Ramil bəy, bir müddət əvvəl VİP-dən ayrılaraq yeni partiya təsis etdiniz. İlk sualım ondan ibarətdir ki, VİP-dən ayrılıb yeni bir partiya təsis etməyə olan zərurət nədən ibarət idi?

-Əvvəlcə onu qeyd edim ki. əslində bu qərar məndə 2020-ci il seckilərində qətiləşdi. Ölkədə siyasi proseslərdə,  siyasi munasibətlərdə yeniliklər gətirmək  və bu munasibətlərin  millətimizin və dövlətimizin maraqları nəzərə alınmaq şərti ilə açıq formada aparılması zərurətinin yaranmasını duydum. Düşündüm ki, siyasi fəaliyyətimi daha böyük miqyasda davam etdirim. Nəzərə alın ki, verilən qərarlar, atılan addımlar və məsuliyyət hisssini öz üzərində  daşıyırsansa,  siyasi fəaliyyətdə birinci şəxs olanda daha effektli olur. İstər istəməz ikinci şəxs partiyanın qərarlarına və çoxluğun düşüncələri ilə razılaşmaq məcburiyyətində qalır. Ona görə ən yaxın dostlarımla, bu yolu mənimlə bərabər gedəcək şəxslərlə muzakirələr apardıq və qərara gəldik  siyasi partiya yaradaq. Düşüncələrimizdə  daşıdığımız ideyaları siyasi fəaliyyət növünü bir siyasi qurum kimi həyata keçirdək.

– Ölkədə çoxsaylı partiyalar var və bu çoxluğun içərisindən loru dildə desək baş çıxara biləcəksinizmi?

-Ölkədə hər partiyanın özunun rolu, öz dəsti xətti və idealogiyası var. Baxmayaraq onların icində zərərli və neqativ fəaliyyət göstərənlərdə var. Düşünürəm ki, bütün bunların hamsına zaman və həmin zamanda yaşayan vətəndaşlarımız qiymətini verir. Siyasətlə məşğul olmaq və siyasətdən baş cıxarmaq o qədərdə asan deyil. İndiki  dunya düzəninə nəzər yetirəndə görürük ki, bu fəaliyyət daha da çətinləşib. Amma biz bu yolda uğurlar və nailiyyətlər qazanmaqda qərarlıyıq. Bu tək bizim yox, həm dövlətimizin, həm də xalqımızın uğurları olacaq. Çalışarıq Azərbaycanın siyasi  gündəliyində əla qiymətlərlə örnək olaq.

-Azərbaycan vətəndaşı nədən sizin partiyanı seçməlidir və digər partiyalardan fərqli olaraq vətəndaşa nə vəd edirsiniz?

-Səmimi davranışlarla xalqımızla açıq munasibətlər  və bir çox digər parametrlər var ki, o bizim fəaliyyət proqramımızda öz əksini tapır. Düşünürəm ki, xalqımızın etimadını qazanarıq .Qarabağda zəfər  qələbəmizi nəzərə almasaq, ölkədə  hakimiyyətə olan güvənin sarsılması  müxalifətə olan etimadın olmamasının səbəblərini müzakirə və analiz edəndə  vətəndaşlarımızın bizə dəstək verməsi üçün lazım olan strategiyamlz  var və guman edirik o dəstəyi biz qazana bilərik.

-Son illər ölkədə müşahidə edilən müsbət tendensiya da hakimiyyətin siyasi partiyalarla əməkdaşlıq mühiti yaratmasıdır. Bəs sizə necə, hakimiyyət tərəfindən əməkdaşlıq barədə maraq göstərilirmi və əgər belə bir təşəbbüs olsa əməkdaşlığa hazırsınızmı?

-Son illər ölkədə əməkdaşlıq  muhitinin yaranmasına  çox böyuk  dəyər veririk. Bu dövlət, bu Vətən hamımızındı. Ona görə hamılıqla bu ölkənin inkşafında və dövlətimizin möhkəmlənmisində öz töhfələrimizi verməliyik. Konkret olaraq bizə gəldikdə,  bizimlə hər hansı bir əməkdaşlıq təklifi muzakirə olunmaylb. Əgər belə bir təklif olsa,  biz dəyərləndirərik. Ümumilikdə isə siyasi mustəvidə münasibətləri sivil dünyaya inteqrasiya etməyi bacaran ölkələrdəki kimi bizdə də siyasi munasibətlərin və əməkdaşlıqların həyata keçirilməsinin tərəfdarıyıq. Yetər ki, bu bizim milli maraqlarımıza xidmət etsin. Əminəm ki bu  bu munasibətlər sisteminin tənzimlənməsi  ən yüksək səviyyədə qəbul olunmuş  bir qərardı və bu işdə xidməti olanların hamsına təşəkkur düşür.  Biz özümüz  özümüzə düşmən kəsilməməliyik, ölkəmizin dəyərlərinə uyğun  bu munasibətlər sistemini davam etdirməliyik. Bundan vətənimizin çiçəklənməsi üçün maksiumum istifadə etməyi bacarmalıyıq.

-Bəs digər müxalifət partiyaları ilə əməkdaşlığınız hansı səviyyədədir?

-Biz hələ ölkədə fəaliyyət göstərən siyasi pariyalarla  görüşlərimizi davam etdiririk  Bir neçə partiya ilə bu mövzuda ilkin danışıqlarımız olub. Hər halda bu istiqamətdə müəyyən addımların atılması gözləniləndir.

Süleyman

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP