Yol polisindən narkotik çəkən sürücülərlə bağlı MÜRACİƏT

Bakıda narkotikin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanılıb.

Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. Onun sözlərinə görə, fevralın 2-də paytaxtın Xətai prospektində “Toyota Prius” markalı 77-BM-850 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həsənov Ümid Saleh oğlu narkotik və psixotrop maddələrin təsiri altında avtomobil idarə etdiyi üçün saxlanılıb.

Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları onun belə vəziyyətdə taksi fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb. Ü. Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsilə protokol tərtib olunub. Nəsimi rayon Məhkəməsinin qərarı ilə bir illik sürücülük hüququndan məhrum edilib.

Araz Əsgərli belə hadisələrlə bağlı sürücü və sərnişinlərə müraciət edib:

“Sərnişinlərdən xahiş edirik, sürücünün normal vəziyyətdə avtomobil idarə edə bilmədiyini və onun adekvat hərəkətlər etmədiyini gördükdə mütləq qaydada polisə məlumat versinlər. Hər hansı şəxsin belə anlaqsız vəziyyətdə avtomobil idarə etməsi həm sərnişinlərin, həm də digər insanların həyatı üçün olduqca təhlükəlidir. Bir daha vətəndaşlardan bu kimi hallara xüsusilə məsuliyyət hissi ilə yanaşmağı xahiş edir və sürücüləri sərxoş halda avtomobil idarə etməkdən çəkinməyə çağırırıq”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP      

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi