Ukrayna “Dəmir günbəz” lərlə bağlı İsrailə müraciət edib

Rusiya ilə Ukrayna arasında yaranan gərginlik pik həddə çatıb.Bölgədə müharibə ehtimalı artdığı üçün hər iki tərəf ordunun silahlandırılmasını gücləndirib.
Rusiya mediası yazır ki, artıq Kiyev Təl-Əvivə də silah alışı üçün müraciət edib.
– Ukrayna hava hücumundan müdafiə sistemlərinin tədarükünə yardım etmək üçün İsrailə müraciət edib. Kiyev həmçinin radar stansiyaları və elektron döyüş sistemləri almağı hədəfləyir. İsrailin “Kan 11” telekanalı Ukrayna hakimiyyətinin rəsmi müraciəti barədə məlumat paylaşıb. Yayılan informasiyada Kiyevin İsrailin hava hücumundan müdafiə vasitələrinin alınması ilə bağlı müqavilə bağlamaq istədiyi vurğulanır. Razılaşma rəsmiləşərsə, tədarüklər yaxın bir neçə il ərzində həyata keçiriləcək. Məlumatda Ukraynanın həm adi hava hücumundan müdafiə sistemlərini, həm də “Dəmir günbəz” taktiki raketdən müdafiə sisteminin alınmasını nəzərdən keçirdiyinə dair təsdiqlənməmiş məlumatlar verilir,- məqalədə yazılıb.

Eyni zamanda, müəlliflər iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə diqqət çəkiblər. 2022-ci ildə Ukrayna prezidenti Vladimir Zelenskinin İsrailə səfəri planlaşdırılır və bu səfər zamanı silah tədarükü ilə bağlı müzakirə aparıla bilər.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi “Ukrayna böhranı” da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.

ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP      

 

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib