Pekin Olimpiadasında 150 minə yaxın tamaşaçı iştirak edə biləcək.
Bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyası zamanı “Pekin-2022”nin təşkilat komitəsinin vitse-prezidenti Yan Şuan deyib.
O, bildirib ki, tamaşaçılar arasında Olimpiadanın bütün iştirakçılarının yaşadığı “Qapalı məkan”dan kənarda qalanlar da yer alacaq. Onlar tamaşaçı yerlərinin təxminən yarısına sahib olacaqlar.
Xatırladaq ki, yanvar ayında təşkilat komitəsi çətin epidemioloji vəziyyətlə əlaqədar biletləri açıq satışdan çıxarmaq və onların müəyyən qruplar arasında bölüşdürüləcəyini bildirib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP






