Sabunçu rayonu, Nardaran qəsəbə sakini Elsevər Məmmədovun idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində əyləşən 3 nəfər onun boğazına ip dolayaraq, həmçinin bıçaqla hədələyərək pul verməsini tələb ediblər.
Boğulduğunu görən sürücü üstündə olan bütün pulları onlara verib. Hadisəni törədənlər qaçıblar.
Onların saxlanılaraq istintaq təhvil verilməsi üçün axtarışlar davam etdirilir.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP






