Monteneqronun, Bosniya və Herseqovinanın bir sıra xəbər portallarında 20 Yanvar faciəsi ilə bağlı məqalələr yayımlanıb

Monteneqronun, Bosniya və Herseqovinanın bir sıra xəbər portallarında 20 Yanvar faciəsi ilə bağlı məqalələr yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Əlaqələr Mərkəzinin xüsusi məsləhətçisi Böjidar Proroçiçin qələmə aldığı məqalədə sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli cinayətdən bəhs edilib. “Həmin gün sovet ordusu Azərbaycanın ərazi bütövlüyünün posulmasına etiraz etmək, azadlıq, müstəqillik və suverenlik ideallarının dəstəklənməsi naminə küçələrə axışan insanları cəzalandırmaq üçün paytaxt Bakıya hücum etdi. Cinayətlər nəticəsində 147 dinc sakin həlak oldu, 740-dan çox insan yaralandı, yüzlərlə insan həbs edildi. Həlak olanlar arasında uşaqlar, qadınlar və qocalar, eləcə də Bakının müxtəlif millətlərdən olan digər mülki sakinləri də vardı. Bu qətliam Azərbaycan tarixinə Qara Yanvar kimi daxil olub”, – deyə müəllif yazıb.

Qeyd edilib ki, sovet ordusu Qazaxıstan (1986), Gürcüstan (1989), Azərbaycan (1990) və Litvaya (1991) hərbi təcavüz edib, sovet vətəndaşlarını qətlə yetirsə də, indiyədək insanlığa zidd bu cinayətlərə görə SSRİ rəhbərliyindən heç kim məsuliyyətə cəlb olunmayıb. Yazıda Qanlı Yanvar hadisələrinin Azərbaycan xalqının əzmkarlığını sarsıda bilmədiyinə, 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa olunmasına diqqət çəkilib.

Məqalələr Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Əlaqələr Mərkəzinin sədri Seyran Mirzəzadənin təşəbbüsü ilə dərc olunub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi